Türkiyədən ayaqqabı sifariş verdi, taykeş gəldi - Foto
Türkiyədən ayaqqabı sifariş edən vətəndaş Hüseyn Alkaramov xoşagəlməz halla qarşılaşıb.
“Expargo” daşıma şirkətinə müraciət edən müştəri ayaqqabını “LC Waikiki”dən sifariş verib. Bakıda ayaqqabını əldə edən zaman isə cütün hər bir tayının fərqli ölçüdə olduğunu görüb.
Bundan başqa ayaqqabının qutusu da açılmış vəziyyətdə olub. O, bu barədə sosial şəbəkədə yazıb:
“Nəyə görə bunu açmısız soruşduğumda isə, dedilər bu, gömrükdə olub. Mən isə gömrükdə paketin belə parçalanmadığını dedim. Evə gələndə isə ayaqqabının hərəsinin fərqli ölçüdə olduğunu gördüm. İndi mən hardan bilim ki, ölçü səhvi karqo şirkətinin ucbatından olmayıb? Dəfərlərlə belə şirkətlərin xidmətindən istifadə etmişəm. Hamısında da paketi özüm açmışam. Bu şirkəti heç kimə məsləhət görmürəm”.
Məsələ ilə bağlı “Expargo” şirkəti ilə də əlaqə saxladıq. Şirkət rəsmisi Şəlalə Qurbanova “Qafqazinfo”ya bildirdi ki, qutular yalnız müştərinin icazəsi olduğu halda açılır:
“Biz yeni şirkətik. Buna görə də çalışırıq ki, müştərilərimiz bizdən razı qalsınlar. Sifarişləri də quru daşıma yolu ilə gətiririk. Paketin açılması bizdən qaynaqlanan problem deyil. Təhlükəsizlik məsələsi ilə bağlı gömrükdə açıb yoxlayıblar. Yaxşı olardı ki, müştəri qarşılaşdığı durumla bağlı bizə müraciət etsin”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək