SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramil Usubov ona Xətaidə vəzifə verdi

Ramil Usubov ona Xətaidə vəzifə verdi

Tarix:

27-05-2019, 12:04

/ 1 189 dəfə oxundu.
Ramil Usubov ona Xətaidə vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

Şərhlər

XƏBƏR LENTİ