SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı şəhər Dövlət Yol Polis İdarəsinin heyrətamiz möcüzəsi: “Niva”nı “Gelendevagen” etdilər

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin heyrətamiz möcüzəsi: “Niva”nı “Gelendevagen” etdilər

Tarix:

21-05-2019, 01:25

/ 2 681 dəfə oxundu.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin heyrətamiz möcüzəsi: “Niva”nı “Gelendevagen” etdilər

Sürücü DYP əməkdaşlarından şikayət edib. Moderator.az xəbər verir ki, Bakı şəhər sakini Məmiyev Əli Aləddin oğlu saytımıza şikayətində bildirib ki, Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları ona qarşı hörmətsizlik ediblər. Ə.Məmiyev bildirib ki, idarə etdiyi 99-NS-119 dövlət nömrə nişanlı “Niva” markalı avtomobili qanunsuz olaraq cərimə meydançasına aparılıb: “Badamdar dairəvi yolunda polis əməkdaşları idarə etdiyim maşınımı saxladı. Polis əməkdaşı sürücülük vəsiqəmi təqdim etməyimi xahiş etdi və bildirdi ki, təhlükəsizlik kəmərindən istifadə etməmisən. Doğrudan da təhlükəsizlik kəmərini vurmamışdım. Sürücülük vəsiqəmi polis əməkdaşına təqdim etdim. Bundan sonra onun zəngindən sonra daha bir Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin maşını əraziyə gəldi. Mənə bildirdilər ki, avtomobilin ön işıqlanırda konstruksiya dəyişikliyi edərək “Gelendevagen”in işıqlarından istifadə etmişəm. Bildirdim ki, iddialar əsassızdır. Maşının ön işıqları “Lada” markalı avtomobilin işıqlarıdır və bu da satışda var. Polis çavuşları Raqif Novruzov və Elməddin Yaqubov maşınımı Badamdar qəsəbəsindəki cərimə meydançasına gətirdilər. Cərimə meydançasından isə maşını çıxarmaq mümkün olmadı. Bildirdilər ki, bununla bağlı sabah Bakı şəhər Dövlət Yol Polis İdarəsinə gedərək 150 manat cərimə ödəməlisiniz.
Sürücü bildirib ki, avtomobilinin ön işıqları “Gelendevagen” işıqları deyil və buna görə niyə cərimə ödəməli olduğunu anlaya bilmir: “Polis əməkdaşları avtomobildə olan yaşlı atamın xahişlərinə də məhəl qoymadılar. Mən isə avtomobilin ön işıqlarının “Gallenvagen”in işıqları olmadığını sübut etmək üçün ekspertiza tələb edirəm. Avtomobilimin açarlarını cərimə meydançasının işçilərinə vermədiyim üçün bildirdilər ki, işıqları özümüz burda sökəcəyik. Mən aidiyyatı qurumlardan xahiş edirəm mənə köməklik göstərsinlər”.
İstirahət günü olduğu üçün rəsmi qurumların mövqeyini öyrənə bilmədik. Mövzu diqqətimizdədir.

Şərhlər

XƏBƏR LENTİ