“O gəmilərin “Palmali”yə aidiyyatı yoxdur” - Mübariz Mənsimovdan iddialara cavab
“Palmali Holding” sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək”.
“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Holdinqə məxsus gəmilərin qanunsuz neft daşımaları həyata keçirməsinə dair iddialara münasibət bildirib.
Mübariz Mənsimovun sözlərinə görə, “Palmali” haqqında əsassız iddiaların dövriyyəyə buraxılmasında məqsəd Holdingin fəaliyyətinə problem yaratmaqdır:
“Palmali”nin həyata keçirdiyi son sərmayə yatırımları bəlli insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər.
Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik.
“Palmali Holding” sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir.
Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur.
Mən isə bu yazının sifarişçilərinə üzümü tutub sual verirəm: Bəs sizin ABŞ-a daxil olmaq ilə bağlı probleminiz həll oldumu? Nə zaman ABŞ-ın hər hansı ştatında qarşı-qarşıya gələ bilərik?!”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...