Şəhid Vüqar Nəcəfovun anım günü keçirilib - FOTOLAR
24 yaşlı şəhid zabit Nəcəfov Vüqar Telman oğlunun anım mərasimi keçilib
Yasamal rayonu 173 saylı orta məktəbdə şəhid zabit Nəcəfov Vüqarın anım mərasimi keçilib. Tədbirdə şəhidin qardaşı, polis baş leytenantı Nəcəfov İlqar iştirak edib.
İlk çıxış edən şəhidin qardaşı, Vüqarla bağlı xatirələrini bölüşüb.
Bu məktəbin məzunu olan Vüqar Nəcəfov daha sonra hərbi təhsil alıb.
Əslən Füzuli rayonundan olan şəhid zabit, xidmət üçün birbaşa cəbhə bölgəsinə yollanıb. Gənc zabit ömrünün 24-ci baharında vətən torpaqlarının müdafiə uğrunda həlak olur. Doğum günündən 16 gün sonra ən uca zirvəyə, şəhidlik məqamına yüksələn Vüqardan xatirə kimi təhsil aldığı məktəbdə xüsusi güşə qalıb. Təhsil aldığı məktəbin kollektivi hər il olduğu kimi bu ildə şəhidin ad günü ərəfindən onun anım tədbirini keçirib.
Bədii hissədə Vüqar Nəcəfovun döyüş yolundan, onun həyatından bəhs edən tamaşa nümayiş olunub. Daha sonra Qarabağ müahiribəsindən, son olaraq isə aprel hadisələrində ordumuzun şücaətindən söhbətlər açılıb. Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər ordumuzdan şəhid zabitlə bağlı xatirələrindən bəhs ediblər.
Tədbirdə çıxış edən Şəhid Vüqar Nəcəfovun ailə üzvlə övladlarına olan diqqət və hörmətə görə, məktəb rəhbərliyinə təşəkkür ediblər. Təhsil ocağınında və ümumiyyətlə gənc nəslin vətənpərlik ruhunda tərbiyyə olunmasında belə görüşlərin və anim mərasimlərinin keçirilməsinin təqdirə layiq hal olduğu vurğulanıb.
Qeyd edək ki , təşkilatçısı Pərvanə Əmənovadı





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...