SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatdan nazirliyə ittiham - "Gənclər və İdman Nazirliyi paytaxt klublarına havadarlıq edir"

Deputatdan nazirliyə ittiham - "Gənclər və İdman Nazirliyi paytaxt klublarına havadarlıq edir"

Tarix:

29-04-2019, 11:00

/ 681 dəfə oxundu.
Deputatdan nazirliyə ittiham - "Gənclər və İdman Nazirliyi paytaxt klublarına havadarlıq edir"

"Traktor” bizim üçün sadəcə komanda deyil, bir simvol və mədəniyyətdir. "Traktor” 100 min azarkeş "Yaşasın Azərbaycan” deyən zaman çempiondur.

BakuPost.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad deyib.

"Traktor"un Tehranın "İstiqlal” və "Perspolis” komandalarından daha çox azarkeşi var. Elə buna görə də onlar narahatdırlar. Son görüşlərdə baş verən müəyyən hadisələr təəssüf ki, "Traktor”un çempion olması ilə bağlı ümidlərimizi azaltdı. Bu bəzi şübhəli hadisələrin nəticəsində baş verdi. Təbii ki, biz buna reaksiya verdik və yenə də bu kimi məsələlərə öz münasibətimizi bildirəcəyik.

İran Gənclər və İdman Nazirliyi Tehran klublarına havadarlıq edir”, - o bildirib.

Deputat vurğulayıb ki, nazirlik bu komandalar üçün çoxlu vəsait xərcləyib. Ona görə də xərclədiyi vəsaiti qaytarmaq istəyir, bu isə yalnız həmin komandaların qalib gəlməsi ilə mümkün ola bilər.

Şərhlər

XƏBƏR LENTİ