“DİREKTORLARIN ARXASINDA DEPUTATLAR VƏ MƏMURLAR VAR” – “Belələri daha çox özbaşınalıq edir”
“162 saylı məktəbdə baş verən intihar hadisəsi orta təhsil sistemini silkələdi. Bu və buna bənzər hadisələrin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlər görülməlidir”.
“AzPolitika.info”-nun məlumatına görə, bunları tanınmış təhsil eksperti Etibar Əliyev Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsinin ortaya çıxardığı problemlərə həsr etdiyi “Facebook” statusunda yazıb.
Ekspert bənzər hadisələrin təkrarlanmaması üçün təkliflərini aşağıdakı kimi sıralayıb:
- Bütün məktəb direktorlarının bioqrafiyaları yenidən araşdırılmalıdır;
- Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrıseçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun arxasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova durub.
- Orta məktəblər üçün keçirilən qrant layihələrinin monitorinqi aparılmalıdır, bu sahədə ciddi qüsurlar mövcuddur;
- Məktəb direktorlarının seçimi qapalı həyata keçirilməməlidir, bu prosesə ictimaiyyətin nümayəndələri cəlb olunmalıdır;
- Məktəblərdə təlim-tərbiyənin yeni metodları işlənməlidir;
- Məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirmə mexanizmləri işlənməyib. Təcili olaraq bu prosesə başlamaq lazımdır. Yalnız bunun vasitəsilə direktorların işinə qiymət vermək mümkün olacaq;
– Təlim-tərbiyə və uşaq psixologiyası ilə bağlı broşurlar çap olunub məktəblərə paylanmalıdır.
- Məktəblərin cəmiyyətə açıq olması istiqamətində işlər gücləndirilməlidir.
Məktəblər dezinformasiya məkanına çevrilib. Son hadisələrlə bağlı yazılan yazıların əksəriyyəti dezinformasiyalara söykənirdi. Gözlənilir ki, 162 saylı məktəblə bağlı aparılan istintaq cəmiyyəti heyrətə gətirəcək xeyli faktlar ortaya çıxaracaq.
P.S. Məktəb mühitinin dağıdılması və kollektivdə inamsızlıq yaradılmasına dair nümunə: Məktəb tariximizdə özünəməxsus yer tutan “Zəngi” liseyinin yaradıcısı Bayram Heydərov dünyasını dəyişəndən sonra onun yerinə reputasiyası korlanmış təqaüdçü Almaz Əsgərovanın təyinatına ehtiyac var idimi?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...