Deputat Əsabil Qasımovun göz qamaşdıran otel və mülkləri -FOTOLAR
Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin fotolarını paylaşıb. 18 mərtəbəli "MARİNE PLAZA" oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.
"Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır"- deyə jurnalist yazıb.
Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir. "Karat Holdinq” (tərkibinə "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC; "Azinvest” tikinti şirkəti; "Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki; "ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); "Gəncə Fatoğlu” (un dəyirmanı); Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Səməd Vurğun küçəsində "Ağ saray” binası; Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” də deputata məxsusdur.
"Azadlıq"




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...