Yaqub Eyyubovun qardaşının biznesi aşkarlandı-Xorvatiyada
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubovun Xorvatiyada biznesini aşkarlayıb. Jurnalist bu araşdırmasını fb səhifəsində ictimailəşdirib :
Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir.
Yusif Eyyubov Xorvatiya paytaxtında "Montevideo doo" şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Mərkəzində (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir. Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.
Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət "Vita" fitnes mərkəzi, "La Vita" cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.
Xoevat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...