Mehriban Əliyevanın verdiyi ev şəhid ailəsinə təqdim olundu (FOTO)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub.
Mənzilin açarları bu gün polkovnik-leytenant Tahir Axundova verilib.
Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl "Kamran” MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran” MMC-nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.
Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.
Məsələnin ictimailəşməsindən sonra Mehriban Əliyeva Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev bağışlayıb. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək