SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisi sürücünü saxladı, amma səbəbini sübut edə bilməyib getdi – VİDEO

Yol polisi sürücünü saxladı, amma səbəbini sübut edə bilməyib getdi – VİDEO

Tarix:

14-03-2017, 10:48

/ 1 690 dəfə oxundu.
Yol polisi sürücünü saxladı, amma səbəbini sübut edə bilməyib getdi – VİDEO

“Mən sual verdim, o isə "artıq sual vermə, oğlum yaşındasan" deyib getdi”

Bakı şəhər sakini Orxan Cəfərov 99-YP-294 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı tərəfindən qanunsuz saxlanıldığını iddia edir. O, bildirib ki, martın 11-də idarə etdiyi avtomobillə Xətai rayonu Rahib Məmmədov küçəsində hərəkətdə olduğu zaman vaxt arxadan gələn 99-YP-294 qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan polis baş serjantı Əli Zeynalov onu saxladıb: “Özünü təqdim etmədən bildirdi ki, guya mən piyada keçidində piyadalara yol verməmişəm. Amma videodan da aydın görünür ki, mən piyada keçidini keçən zaman piyadalar yolun əks istiqamətindən qoşa xəttin yanına təzəcə çatırdı. Bir sözlə, mən piyadaların hərəkətinə heç bir maneçilik törətməmişəm. Həmin polis əməkdaşından xidməti vəsiqəsini istəyən zaman o vəsiqəsini çıxartdı və mənə "Ala" deyərək vəsiqəni göstərtdi. Hansı ki o etik danışıq qaydalarına riayət edərək "Buyurun" deməli idi. Çünki təlimatda göstərilib ki,əməkdaş vətəndaşla siz deyə müraciət etməldir. Mən ona daha bir sual vermək istədikdə bildirdi ki, "artıq sual vermə, oğlum yaşındasan". Bəli, mən yaşca kiçik ola bilərəm, amma bu mənim sual verməyimə heç bir maneə yaratmamalıdır.
Bundan sonra o məni sənədlərimlə birgə patrul avtomobilinə dəvət etdi. Mən isə bundan imtina edərək avtomobilimdən düşmədim. Nə qədər gözləsəm də təkrar mənə yaxınlaşmadı. Və patrul avtomobili ilə mənə yaxınlaşaraq bəhanə gətirdi ki, mən hadisə yerinə gedirəm.
Videodan aşkar görünür ki, YPX əməkdaşı təlimatın tələbini azı 3 dəfə kobud şəkildə pozub”.

Avtosfer

Şərhlər

XƏBƏR LENTİ