"Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı təkliflər hazırlanır" - İcra başçısı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Atatürk parkında yenidənqurma işinin dayandırılmasının səbəbini açıqlayıb.
O bildirib ki, dövlət başçısının tapşırığı ilə parkda yenidənqurma işi başlayıb.
"İş zamanı parkın ortasından boru keçdiyi və həmin yerdə sızma olduğu məlum oldu. "Azərsu" tərəfindən problem həll edildikdən sonra işlər davam etdiriləcək", - deyə E.Əzizov qeyd edib.
Eldar Əzizov Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var. Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək