SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatlar iki jurnalistlə bağlı Ombudsmana müraciət etdilər

Deputatlar iki jurnalistlə bağlı Ombudsmana müraciət etdilər

Tarix:

5-03-2019, 13:55

/ 902 dəfə oxundu.
Deputatlar iki jurnalistlə bağlı Ombudsmana müraciət etdilər

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa jurnalist Mətin Yaşaroğlunun işdən çıxarılmasından və Moskvada azərbaycanlıları müdafiə edən Fuad Abbasovun təzyiqlərə məruz qalmasından danışdı. O, Ombudsmana müraciətlə ondan jurnalistlərin məsələrini nəzarətə götürüb onları müdafiə etməyi xahiş etdi.

Daha sonra F.Mustafa vətəndaşların pozulan hüquqlarından danışdı. O bildirdi ki, insanların ən çox hüquqlarının pozulması xidmət sektoru ilə əlaqədardır. Çünki bu sektor bazar günü fəaliyyət göstərmir. Deputat xidmət sektorlarının bazar günü də fəaliyyət göstərməli olduğunu vurğuladı: “Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. belə olan halda. onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir”. Deputat həmçinin kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış etdi.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da jurnalistlərlə bağlı məsələyə reaksiya verdi. Deptat bildirdi ki, cəmiyyətdə adıçəkilən jurnalistlərlə bağlı təfsilatlı məsələ yoxdur. Ona görə də Ə.Amaşov Ombudsmanı həmin jurnalistlərin məsələsini araşdırıb münasibət bildirməyə çağırdı.

Deputat Qənirə Paşayeva da Ombudsmandan təzyiqlə üzləşən jurnalistlərin məsələsini nəzarətə götürməyi, Rusiya Ombudsmanı ilə bu faktları müzakirə etməyi xahiş etdi.

Q.Paşayeva Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı məsələləri Gürcüstan ombudsmanı ilə müzakirə etməyə çağırdı və deputat həmkarı Fərəc Quliyevin səsləndirdiyi təklifi dəstəklədi.

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ