Azərbaycanda məmur rüşvətə görə həbs olundu
Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub
"Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Zaqatala rayon məhkəməsinin katibi Allahverənov Şahid Allahverən oğlu həbs olunub. Onun barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Ş. Allahverənov Cinayət Məcəlləsinin 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.1 (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham olunur.
Xəbərə görə, Allahverənov bu qanunsuzluqlara bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov tərəfindən təhrik edilib.
Hazırda istintaq aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək