RAMİL USUBOV GƏNCƏ YOL POLİSİNƏ RƏİS TƏYİN ETDİ – Bir il əvvəl nöqsanlara görə bu vəzifədən azad olunmuşdu…
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub.
Avtosfer.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təyin edilib.
Maraqlıdır ki, Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. O, ötən ilin fevralında tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.
Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparmış, nəticədə Rəhim Zalovun vəzifəsindən azad olunmuşdu.
Təxminən 1 ildən sonra R.Zalovun yenidən Gəncəyə DYP-yə rəis təyin olunması maraq düşündürücüdür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...