İcra başçısının tikinti şefi ölkədən qaçdı - SİYASİ SIĞINACAQ İSTƏDİ/ FOTO
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun "sağ əli” hesab edilən "Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov Azərbaycandan qaçıb.
Kanadadan siyasi sığınacaq istəyən MTK sədri icra başçısının tikinti işlərinə uzun illər rəhbərlik edib, onun adından imza atmaq, müqavilə bağlamaq, lazımi qurumlarda onu təmsil etmək səlahiyyətinə malik olub. Əsas iş yeri, ofisi Nizami rayonu, Naxçıvanski 8A ünvanında rəhbərlik etdiyi MTK-nın tikdiyi hündürmərtəbəli yaşayış kompleksində yerləşib. Başçının bütün işlərini etibar etdiyi şəxsin qəfildən ondan imtina etməsi və Müsavat partiyasının üzvü kimi mühacirətə getməsi bir çox söz-söhbətlərə səbəb olub. S.Hümbətovu tanıyan şəxslərin sözlərinə görə, o, başçıdan möhkəm inciyib, indiyə kimi ona verdiyi vədləri yerinə yetirmədiyinə görə, bütün işləri yarımçıq buraxaraq ölkəni tərk edib.
Məlumata görə, kifayət qədər intellektli şəxs olan MTK sədri başçıdan dövlət işi istəyirmiş. O, 3 dəfə dövlət qulluğuna imtahan verib və hər birində yüksək bal toplayıb. Lakin nədənsə onu işə götürməyiblər. Belə bir vəziyyətdə də icra başçısının kömək etməməsi onu narazı salıb və heç bir icazə, razılıq almadan belə bir addım atıb.
Məlumat üçün bildirək ki, Niyazi Bayramov 1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsindən azad olunandan sonra tikinti işləriylə məşğul olub. O? Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı həm də Bakıda göydələnlər (məsələn, Ambasador otellə üzbəz-üz 11 mərtəbəli yaşayış kompleksi – red.), obyektlər tikib.
14 aprel 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı təyin olunandan sonra isə bu işləri Səbuhi Hümbətova tapşırıb. S.Hümbətov icra başçısının işləri ilə yanaşı onun qızının qayınatası olan Gənclər və İdman naziri Azad Rəhimovun da tikintilərinə nəzarət edirmiş.
Bakı Post




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...