Məşhur iş adamı Azərbaycandan milyon dollarlar çıxarır (FOTOFAKT)
Son illərdə təkcə məmurlar deyil, işadamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem, zorən stabillik heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır.
AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli bu dəfəki araşdırmasında çox ilginc məqamlar üzə çıxarıb. Jurnalisin araşdırmaları nəticəsində məlum olub ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir – red.) bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb:
“Sədərəkdən ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalivasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır.
Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib.
Düzdür, “Sədəkək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).
Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb.
Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.
Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib.
Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5
Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır.
Aztoday.az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək