Onunla bağlı qərar veriləcək... - İDDİA
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı yaxın vaxtlarda qərar veriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, Səfər Mehdiyev son günlər özünü DGK sədri postunda həddindən artıq arxayın hiss edir...
Mənbənin söylədikləri:
"Məsələ belədir. Səfər Mehdiyevə konkret missiya həvalə olunub. O isə kifayət qədər sapmalara yol verib. Hər halda bu gün dövrü mətbuat təftiş olunarsa, DGK sədri barəsində ən çox şikayət olunan "yenilərdəndir". Cənab Mehdiyev zənn etməsin ki, bütün bu faktlar diqqətdən kənarda qalır. Əksinə, Səfər Mehdiyev yaşının gənc olmasına rəğmən daha çox "qocalardan" əxz etdiyi təcrübəsinə söykənməsi səbəbindən qısa müddətə hədəfə çevrilməkdədir. Onunla bağlı yekun qərar yaxın vaxtlarda veriləcək. Müzakirə gedir".
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dia.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək