SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər məni axtarmır" - Artur Rasizadə

"İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər məni axtarmır" - Artur Rasizadə

Tarix:

20-02-2019, 16:56

/ 944 dəfə oxundu.
"İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər məni axtarmır" - Artur Rasizadə

"Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrim ilə oynayıram və onları bir həftə görməyəmdə darıxıram”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikasının sabiq baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir: "Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm.

Artur Rasizadə nəticələri haqqında da danışıb: "Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən bütün günümü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun! Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".

Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağ olun ki, mənimlə maraqlandınız. İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".

Şərhlər

XƏBƏR LENTİ