İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
- 19-02-2019, 16:14
- 4 692
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fərid Şəfiyev Azərbaycanda sambo və cüdonun banilərindən sayılan idman xadimi, mühəndis Rauf Şəfiyevin oğludur.
O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində Tarix fakültəsində bakalavr təhsili, 2000-2005-ci illərdə isə hüquq təhsili alıb.
2002-2003-cü illərdə Harvardda Dövlət İdarəçili üzrə təhsil alıb. 2009-2015-ci illərdə Carleton Universitetində doktorantura oxuyub.
1995-cil in may ayından 1996-cı ilin martına qədər Azərbaycan Milli Elmlər Akademiyasında, 2004-cü ilin sentyabrından 2005-ci ilin yanvarına kimi Qərb Universitetində işləyib.
2009-cu ilin mayından 2014-cü ilin iyul ayına qədər Azərbaycanın Kanadadakı səfirliyində çalışb. Diplomat kimi fəaliyyət göstərib.
2014-cü ilin iyulundan bu vaxta qədər Azərbaycanın Çexiyadakı səfiri vəzifəsini yerinə yetirib.
O, Azərbaycan, çex, ingilis, fransız, rus və türk dillərini bilir.