XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vergilər Nazirliyində yeni təyinatlar

Vergilər Nazirliyində yeni təyinatlar

Vergilər Nazirliyində yeni təyinatlar
13-03-2017, 09:49

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub.

Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.