SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT

Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT

Tarix:

15-02-2019, 11:38

/ 1 470 dəfə oxundu.
Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
A R-nın 1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya,
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova,
SOCAR prezidenti cənab Rövnəq Abdullayevə
Azərbaycan Respublikasının Daxili işlər naziri cənab R.Usubova,
DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi E.Usubova,
DTX-nın rəisi cənab M.Quliyevə,
Bakı şəhər prokuroru cənab İlqar Abbasova,
Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab M.Seyidova,
Nizami Rayon Polis İdarəsinin rəisinə,
Nizami Rayon Prokurorluğuna.
KİV-ə

Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan, Bakının Suraxanı rayonu,Dədə-Qorqud qəsəbəsində kirayədə yaşayan Namazov Vüsal Şəhri oğlundan
“Özünü Milli Qvardiyanın vəzifəli şəxsi kimi təqdim edən Samir və qohumu Kərimov Səxavət Qulu oğlunun mənə qarşı törətdikləri dələduzluq hərkətlərinin qarşısının alınması” barədə

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Əvvəldən tanış olduğum Kərimov Səxavət Qulu oğlu( əslən Fizuli rayonun Araz Zərgar kəndindən olan) bir gün mənə yaxınlaşıb dedi ki, mənim Milli Qvardiyada Samir adlı vəzifəli qohumum vardır ki, onun vasitəsilə sənə SOCAR da yaxşı maaşlı işə düzəldə biləcəyini söz verdi. Səxavət əvvəlcə SOCAR da 1200 manat maaşla kassir işinə düzəldəcəyini bildirdi. Razı olmadım. O zaman təklif etdi ki, SOCARın Babək prospektində yerləşən İdarəsinə 700 Azn maaşı olan məsləhətçi vəzifəsini təklif etdi.lakin o bu işə qadın üçün yararlı olduğunu bildirdi. Mən o zaman 2018-ci ilin noyabrın 20-dən sonra həyat yoldaşım Leylanın sənədlərini ona təqdim etdim.Səxavət bu işin düzəlməsi üçün məndən 3000 ( üç min) manat istədi. Və qeyd etdi ki, pulun 50%-ni indi, qalanını isə işə düzəldən sonra verərsən. Bu məsləilə bağlı Səxavət məni inandırmaq üçün əvvəlcə noyabrın sonunda məni Milli Qvardiyada vəzifədə işləyən Samirlə Xətai rayonundakı Ukrayna dairəsinin yaxınlığında görüşdürdü. Təkrar isə dekabrın 2-də metro Gənclikdə görüşdürdü. Görüşlər zamanı MQ-nın işçisi Samir də söz verdi ki, uzağı yanvarın 15-dək sizin işiniz düzələcək. Mən də bu görüşlərdən sonra arxayınlaşıb 5 dekabr 2018-ci ildə 1400 AZN nağd pulu Nizami rayonundakı 50 N-li notariusda borc kimi Səxavətə verdim. Əlavə olaraq 92 AZN rüsum haqqı və 50 manat da ona nağd pul da ödədim. Eləki, yanvarın 15-i oldu Səxavət telefonu tamamilə söndürdü. Biz onunla son 10 günədək yalnız whotsapp vasitəsilə danışır və yazışırdıq. Səxavət hər dəfə söz verirdi ki, işin düzələcək, sadəcə SOCAR bir az səhlənkarlıq edir, zəng etmir milli Qvardiyaya. Amma sənin işin düzəlib. Axır vaxtlar isə Səxavət mənimlə görüşməyə gəlmirdi. Mən bezib ona son xəbərdarlıq etdim ki, elə eləmə ki, səni polisə verim, tutdurum. Elə o gündən Səxavət qeyb olub.Onun yerini tapa bilmirəm. Lakin özünün dediyinə görə əvvəl oxrannik işləyib, hazırda isə Xəzəzr rayonu. Binə Sovxozun ərazisində hansısa fermada 70-80 baş mala baxmaqla məşğuldur.

Çənab prezident, dövlət başçısının birbaşa təhlükəsizliyinə cabadeh olan, lakin Milli Qvardiyanın adına ləkə gətirən zabiti Samirin və onun qohumu Kərimov Səxavətin mənə qarşı törətdiyi dələduzluq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi və pulumun qaytarılması üçün əlaqədar təşkilatlara göstəriş verməyinizi xahiş edirəm.

Əlavə: Notariusun təsdiq etdiyi borc müqaviləsi.

İMZA: V.Ş.Namazov (mob.051 7617272)

S.Kərimov(tel. 050-304 89 12)

Tarix:13 fevral 2019-cu il.

xalqxeber.az
Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT
Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT
Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT
Milli Qvardiyanın dələduz zabiti - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ