"Azəriqaz" yeznə-qayın təyinatları - Dəyişikliklər
"Azəriqaz" İstehsalat Birliyində maraqlı kadr dəyişiklikləri həyata keçirilib.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Mirvari xanım mətbuatda gedən ""Azəriqaz"da bir gecədə 5 regional idarə rəisi işdən qovuldu" başlıqlı yazıda adı çəkilənlərin, əslində, işdən azad edilmədiyini, başqa vəzifələrə təyiant aldıqlarını bildirib:
"Həmin yazıda işdən qovulduğu qeyd olunan vəzifəli şəxslər, əslində, başqa vəzifələrə tiyin olunublar.
Məsələn, Bakı İstismar Departamentinin rəisi Osman Behbudov Zakatala Regional Qaz İstismar İdarəsinə rəis təyin olunub. Xatırladım ki, həmin idarəyə beş rayon daxildir.
Bundan başqa, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyev "Azəriqaz"da Qaz olçü qurğuları şöbəsinə rəis muavini, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Bakı İstismar Departamentinin rəisi, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi vəzifəsinə isə həmin idarənin rəis müavini təyinat alıblar.
Məlumat üçün onu da deyim ki, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis vəzifəsinə təyin edilən şəxs də təsadüfi kadr deyil. O, "Azəriqaz" rəhbərinin satış üzrə müavini Ruslan Əliyevin qaynıdır...".
İş günü olmadığı üçün qarşı tərəfin mövqeyini öyrənə bilmədik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...