Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı yeni faktlar
Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.
Millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.
Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding”də şöbə müdiri vəzifəsində çalışırmış.
Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...