SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qardaşı polis mayoru olan dələduzu cinayət məsuliyyətindən kimlər yayındırır?

Qardaşı polis mayoru olan dələduzu cinayət məsuliyyətindən kimlər yayındırır?

Tarix:

24-01-2019, 10:37

/ 1 511 dəfə oxundu.
Qardaşı polis mayoru olan dələduzu cinayət məsuliyyətindən kimlər yayındırır?

Binəqədi rayonu 28 may qəsəbəsində yaşayan Abdılov Abdulkərim ölkə başçısı İlham Əliyev, Daxili İşlər Naziri Ramil Usubuva, Baş Prokuror Zakir Qaralova, bir sıra digər ictimai təşkilatlara və mətbuat orqanlarına polis məmurlarının özbaşınalığınının qarşısının alnmasına və üzləşdiyi problemlərin həll edilməsinə köməklik ediləcəyi ümidi ilə müraciət edib. Aktualinfo.org onlayn qəzeti hələ altı ay bundan əvvəl Abdulkərim Abdılovun üzləşdiyi problemləri “Binəqədi rayonundan olan şikayətlər niyə bitmir” başlıqlı məqalədə işıqlandırmış, aidiyyatı orqanlardan vətəndaşın problemlərinin həll edilməsinə köməklik göstərmələrini mətbuat vasitəsi ilə xahiş etmişdi. Lakin Abdulkərim Abdılovun yazdıqlarına Binəqədi Prokurorluğu ilə Bakı şəhər Prokurorluğunun arasında qalıb. Qardaşı Nərimanov rayon Polis İdarəsinin mayoru olan Fəxri Cabbarov adlı şəxsi Abdulkərim Abdılovu aldadaraq ələ keçirdiyi pulların geri qaytarmamağa, başlanılmış cinayət işinə tez tez xitam verilməsinə polis və prokurorluq orqanlarında kimlər kömək edir? Bunu şübhəsiz polis və prokurorluq orqanlarında çalışan yüksək çinlilər çox yaxşı bilirlər.Bəs bildikləri halda vətəndaşın pozulmuş hüquqlarının bərpasına nə üçün köməklik göstərmir,onu aylarla süründürür, get gələ salırlar? Şikayətçinin “sağ olsun” deyə bildirdiyi prokurorluq işçılərinin onu aylarla necə süründürdüyünü yazdığı müraciətı olduğu kimi oxucuların diqqətinə çatdırırıq.


Abdulkərim Abdılovu yazır ki, “Binəqədi RPİ-nin İstintaq Şöbəsinin və Binəqədi rayon Prokurorluğunun mənim və digərlərinin pulunu etimaddan süi-istifadə edərək ələ keçirmiş Fəxri Cabbarov və onu himayə edən polis qohum-əqrəbası – polis mayoru, doğma qardaşı Qələndərin (Nərimanov RPİ-nin əməkdaşı) və kürəkəni olan polis mayoru Ələddin adlı (Binəqədi RPİ-nin əməldaşı) şəxslərin birlikdə törətdikləri qanunazidd əməllərini ört-basdır edən əsassız qərarlarının ləğv edilməsi barədə üç dəfə yuxarı orqanlara şikayət vermişdim. Sağ olsun Baş Prokurorluğun əməkdaşlarını ki, məsələni bir daha araşdırdıqdan sonra dələduz Fəxri Cabbarov və onun dəstəsinə daxil olan və himayədarlıq edən polis mayorları olan qohum-qardaşlarının işi üzrə Binəqədi rayon Prokurorluğunda və RPİ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə sifarişli QƏRARLARI ləğv edərək işi yenidən araşdılıması üçün istintaqa göndərilmişdir.( 16 dekabr 2017-ci il , 19 aprel 2018-ci il tarixli Bakı şəhər Prokurorluğu tərəfindən ləğv edilmiş və 12 iyun 2018-ci ildə Binəqədi rayon prokurorluğunda Binəqədi RPİ-nin əsassız qərarları ləğv edilmişdir.) Bu arada dələduz Fəxri Cabbarovun polis qardaşının dostu tərəfindən mənə zəng edərək dəymiş ziyanın ödənilməsinə hazır olduqlarını bildirmişlər. Mən də dedim ki, Kor nə istər iki göz. Təki mənim mənimsənilmiş pullarım geri qayıtsın, şikayətimi geri götürüm. Amma aradan 3-4 gün keçsə də dələduz Fəxrinin qardaşlarını himayə edən polislər mənimsədikləri 4800 manat pulumu hələ ,ki geri qaytarmayıblar. Mən başa düşürəm ki, bunlar pul verməyə adət etməyiblər, onlar üçün çətindir. Amma mən də kasıb adamam. Pulumu qaytarsınlar ondan sonra rədd olub getsinlər. Mən şikayətimi geri götürüm.Vəssəlam. 2018-ci ilin may ayında Binəqədi Rayon P İ-nin dələduzu müdafiə edən əsassız qərarından şikayətlə bağlı Bakı şəhər prokuroru cənab İlqar Abbasovun qəbulunda oldum. Sağ olsun cənab genaralı ki, iş materiallarına baxdıqdan sonra tapşırıq verdi ki, məsələ qısa müddətə həll edilsin və məruzə edilsin( “kişinin pulu qaytarılsın!”). Bundan sonra işimi Bakı şəhər Prokurorluğunda Binəqədi rayonu üzrə kurator prokuror cənab Vaqif müəllimin icraatına verildi. Hər ay onun da yanına gedib gəlməkdən yoruldum. Hər dəfə Vaqif müəllim cavab verirdi ki, iş materiallarını Binəqədi prokurorluğundan nədənsə ala bilmir. Nəhayət, aradan 8 ay keçdikdən sonra bir neçə gün əvvəl ( 14 yanvar 2019-ci ildə) mənə Ombudsman Aparatı cavab verir ki, “sonuncu dəfə 12 iyun 2018-ci ildə Binəqədi Rayon Prokurorluğu tərəfindən həmin qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün material Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmiş, və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Bildirilir ki, 6 oktyabr 2018-ci il tarixində toplanmış material öyrənilməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilmişdir. Məktubda həmçinin qeyd olunanlar barədə Sizə cavab verildiyi qeyd olunmuşdur.”

Sağ olsun Ombudsman Aparatı ki, onlar mənə rəsmi cavab verməsələr də bu məktubdan öyrənirəm ki, şikayətimi 4 dəfə Binəqədi RPİ-nin istintaq şöbəsində dələduz polis dəstəsi ilə gizli sövdələşmə nəticəsində ağır cinayəti ört-basdır edib 4 dəfə əsassız qərar veriblıər. Baxmayaraq ki, iki dəfə Bakı şəhər Prokurorluğunda, iki dəfə də Binəqədi rayon Prokurorluğunda dələduz F.Cabbarovun iş peşəkar prokurorlar tərəfindən öyrənilmiş və 3 dəfə “Cinayət işinin rədd edilməsi barədə” Binəqədi RPİ-nin əsassız qərarları ləğv edilmişdir. Budur, mən də qalmışam qapılarda süründürməçiliklərdə.

Cənab Baş prokuror Zakir Qaralaov Sizdən çox xahiş edirəm Binəqədi və Bakı şəhər Prokurorlarının 3 dəfə ləğv etdiyi Binəqədi RPİ-nin əsassız qərarlarının 4-cü dəfə ağına-bozuna baxmadan, üzləşmə aparmadan, şahidləri dindirmədən dələduz dəstəni xilas etmək üçün qəbul edilmiş QƏRARIN motivinin açıqlanması və iş materiallarının şəxsi nəzarətiniz altında yenidən araşdırılmasına göstəriş verəsiniz.

Aktualinfo.org onlayn qəzeti müracıəti mətbuat vasıtısi ilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun diqqətinə çatdırmaqla bərabər, elektron poçtlarına da göndərəcək, qardaşı polis mayoru olan bir dələduzun qanunazidd əməllərinə son qoyulması üçün tədbirlər görməyi xahiş edəcək.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ