SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO

Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO

Tarix:

10-03-2017, 15:52

/ 2 420 dəfə oxundu.
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 9A ünvanındakı 41, 43 və 45 saylı binaların arxasında yerləşən parkı sökərək, yerində çoxmərtəbəli bina tikmək istəyirlər. Bu gün tikintiyə etiraz edən sakinlərlə şirkət nümayəndələri arasında qarşıdurma yaranıb.

Bu barədə sakinlər məlumat veriblər.

Şikayətçilər deyirlər ki, parkda Binəqədi və Yasamalı su ilə təmin edən xüsusi mühafizə olunan iritutumlu su anbarı yerləşir. İnşa işləri nəticəsində həmin su anbarı da zərər çəkə bilər”, - sakinlər deyiblər.

Şikayətçi Əhməd Əşrəfovun sözlərinə görə, binaların arxasındakı boş ərazidə qaraj tikmək üçün müxtəlif qurumlara, o cümlədən “Azərsu” Səhmdar Cəmiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. “Bizə göndərilən cavab məktubunda ərazidə aparılacaq hər hansı bir tikintinin su anbarına zərər vura biləcəyi qeyd olunmuşdu. Hazırda isə anbarın bir addımlığında bina tikmək istəyirlər”, - Ə.Əşrəfov deyir.

Narazı sakin onu da əlavə edir ki, tikintini hansı şirkətin apardığı gizli saxlanılır. “Parkdakı ağaclardan biri kəsildi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın kəsilməsi ilə bağlı cərimə tətbiq etdi. Bir müddətdən sonra digər ağacların dibinə dərman töküb qurutmağa çalışdılar. Beləliklə ağacları bir-bir məhv etdilər. Tikinti üçün icazə alındığı bildirilsə də, bizə rəsmi sənəd göstərmirlər”, - sakin bildirib.

Ərazidəki 41, 43, 45 və digər binalarda 500-dən çox ailə yaşayır. Ailələrin yeganə istirahət məkanı bu parkdır. Sakinlər deyirlər ki, narazılıq edən kimi şirkət nümayəndələri polis çağırırlar. Polislər isə şirkətin tikinti üçün rəsmi icazə aldığını söyləməklə sakinlərin toplanaraq etiraz etmələrinə imkan vermirlər.

“Bir neçə il əvvəl sakinlərə bu ərazinin strateji sahə olduğunu, anbara görə xüsusi qorunduğunu dedilər. İndi isə tikinti aparılmasına icazə verilir. Dərin qazıntı aparan zaman su anbarı zədələnərsə kim məsuliyyət daşıyacaq? Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş bütün səlahiyyətli orqanlara müraciət etmişik. Amma heç kim müraciətimizə cavab verməyib”, - Azər adlı sakin deyib.

Sakinlər bildirirlər ki, parkın məhv edilərək yerində çoxmərtəbəli bina tikilməsinə icazə verməyəcəklər. Hazırda onlar parkın yaxınlığında keşik çəkirlər.

Binəqədi Rayon İcra Hakimiyyətindən suallarımıza cavab verməyiblər.

Sakinlər tərəfindən göndərilən foto və video görüntüləri təqdim edirik:


Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO
Binəqədidəki sirli tikinti şirkəti kimindir?- VİDEO+FOTO

Şərhlər

XƏBƏR LENTİ