SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin ləğv etdiyi agentliyə görə Akim Bədəlov təşvişdə - Maxinasiyalar

Prezidentin ləğv etdiyi agentliyə görə Akim Bədəlov təşvişdə - Maxinasiyalar

Tarix:

15-01-2019, 22:48

/ 1 863 dəfə oxundu.
Prezidentin ləğv etdiyi agentliyə görə Akim Bədəlov təşvişdə - Maxinasiyalar

Prezident fərmanı ilə ləğv edilən qurumlar arasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də var

Cahan.info-nun əldə etdiyi məlumata görə, agentliyin ləğvi rəhbəri Akim Bədəlovu təşvişə salıb.

Uzun müddətdir ki, mətbuatın tənqid etdiyi, yeyintilərin olduğunu yazdığı bu agentlik fəaliyyətsizliyi ilə göz deşirdi. Alternativ enerjinin əldə olunması istiqamətində heç bir iş görülməmişdi.

Qurum rəhbəri A.Bədəlovun adı isə gah professor Tofiq İsmayılovun əmlakını qanunsuz zəbt etməkdə, gah MTN işində, son vaxtlar isə “Azərişıq” ASC sədri gedəcəyi barədə məlumatlarda hallanırdı.

Hətta A.Bədəlov mediada yazılanları ört-basdır etməyə çalışırdı ki, dosyesi prezidentə təmiz getsin. Ancaq qurumun ləğvi onun da sonu ola bilər. Belə gözləntilər var ki, A.Bədəlovun yol verdiyi maliyyə maxinasiyalarının təftişi istisna edilmir.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsisində məqsəd adından bəlli olduğu kimi, alternativ enerji ilə müxtəlif məntəqələri təmin etmək idi.

Bu proqram çərçivəsində dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilmişdi.Qurumun rəsmi saytında icra edilmiş layihələrin adları açıqlanıb. http://area.gov.az/page/8

Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nə üçün yaradılmışdı?

Ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib? Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli vəüz qızardan bir iş yoxdur.

Həmin projelərin həyata keçirilməsi kağız üzərindən olub və büdcədən silinən pullar agentliyin sədri Akim Bədəlovu, müavinləri Nurəli Yusifbəyli, Cəmil Məlikovu, aparat rəhbəri İmran Əhmədovu varlandırıb.

Misal üçün rəsmi saytda Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi xəbəri göstərilir.Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır.

Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub.Bu da təsdiqini tapmır.

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib.

Və sual doğurur ki, alternativ enerji mənbələri təchiz edən agentlik nə üçün idman zalı tikintisi aparmalıdır?

Eyni zamanda Bakı-Ələt yolunda, Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır.

Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib.

Cahan.info xəbər verir ki, bu maliyyə mənimsəmələri ilə bağlı A.Bədəlovun məduliyyətə cəlb olunması, hesab istənməsi istisna deyil.

Bu agentliyin ləğvi həm də onun karyerasının sonu kimi qiymətləndirilir.Onun “Metropoliten” QSC və “Azərişıq” ASC kimi qurumlara rəis gedəcəyi haqda şansları indidən dəfn olundu.

A.Bədəlovun prezident tərəfindən qarşıya qoyulan hədəflər sırasında həyata keçirmədiyi keçid layihələrdir (http://area.gov.az/page/9).

Bu siyahıda hansı işlərin görüldüyü indiyə qədər qaranlıqdır.Eyni zamanda perspektiv layihələrin icrasında (http://area.gov.az/page/9) heç bir tərpəniş müşahidə olunmur.

Məsələn, pilot layihələrdən olan sosial binalarda (təhsil və səhiyyə müəssisələrində, ASAN xidmət mərkəzlərində və s.) günəş panellərinin (PV modulların) quraşdırılması nəzərdə tutulub.

A.Bədəlov təkcə agentliyin layihələrində yeyintilərlə məhdudlaşmayıb. Onun iş bioqrafiyasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla sıx iş birliyi haqda məlumatlar var. Elə bunun nəticəsidir ki, agentliyin aktivləri “Azərişıq” ASC-nin balansına keçib.

Hesablama Palatası agentliyin tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlamışdı.Bədəlov isə bu talanları həyata keçirərkən E.Mahmudovun vaxtı ikən qüdrətinə arxalanmışdı.

Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir.

Ölkənin siyasi rəhbərliyinə məruzə olunub ki, Akim Bədəlov, agentliyin nəzdindəki “Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyev və qardaşı olan MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyev Mahmudovla işbirliyinə gediblər.

Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır.

MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində xəbərlər var.

R.Vəliyev dayısı A.Bədəlovla MTN-də yüksək himayədarları sahəsində uzun illər Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçiriblər.Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir.

Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb. Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir.

Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri. Villalar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində evləri var.

Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, Londonda mənzillər və sair daşınmaz əmlaklar var.

Mediada yayılan bu xəbərlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ