“Şəki” restoranında “soyğunçuluq”
- 24-12-2018, 12:02
- 2 443
“Bizim Yol” olaraq İqtisadiyyat Nazirliyi yanında İstehlakçılatın hüquqlarını qorumalı olan udarəyə, eləcə də, başqa müvafiq hökumət qurumlarına müraciət edirik: ticarət, ictimai iaşə obyektlərimdə “lotu qanunları” hökm sürür; xidmət keyfiyyəti aşağı düşür, qiymətlər isə bazar dəyərini ifrat dərəcədə üstələyir. Qida Təhlükəsizliyi Agentliyi də bu restorana diqqət eləmir yəqin ki (ola bilsin, hansısa formada “anlaşıblar”). Bu restorandan bəlkə vergi orqanlarının da “xəbər” yoxdur. Müştərilərə burda xidmət dəyərindən çox baha qiymətlər diqtə edilir. Etiraz edəndə də bir cavabları var: bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı özbaşınalıq deyil; hər şeyin bazar qiyməti var. Ancaq kiməsə, nəyəsə güvənən bu restoran, başqa obyektlər istədikləri havaya müştərini oynatmaq həvəsindədir.