SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Şəki” restoranında “soyğunçuluq”

“Şəki” restoranında “soyğunçuluq”

Tarix:

24-12-2018, 12:02

/ 2 428 dəfə oxundu.
“Şəki” restoranında “soyğunçuluq”

Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranında müştərilərə “soyğunçu” hesablar oxunur. Bu gün iki nəfər müştəriyə iki piti, iki ədəd pomidor, iki ədəd xiyar, bir çaydan çay və çörək 34 (!) manata satılıb. Müştəri etirazını bildirəndə restoranın administratoru: “Bizdə qiymətlər belədir, istəmirdiniz yeməzdiniz” deyib. Administrator qazın, benzinin, işığın qiymətinin bahalaşdırıldığını əsas gətirsə də, müştəri yenə də qiymətin bazar dəyərindən baha olduğunu restoran işçilərinə dəfələrlə xatırladıb. Ancaq restoran işçiləri bunun obyektin sahibindən asılı məsələ olduğunu deyiblər. Müştəri israrla soruşsa da, obyekt sahibinin adını deməyiblər.

“Bizim Yol” olaraq İqtisadiyyat Nazirliyi yanında İstehlakçılatın hüquqlarını qorumalı olan udarəyə, eləcə də, başqa müvafiq hökumət qurumlarına müraciət edirik: ticarət, ictimai iaşə obyektlərimdə “lotu qanunları” hökm sürür; xidmət keyfiyyəti aşağı düşür, qiymətlər isə bazar dəyərini ifrat dərəcədə üstələyir. Qida Təhlükəsizliyi Agentliyi də bu restorana diqqət eləmir yəqin ki (ola bilsin, hansısa formada “anlaşıblar”). Bu restorandan bəlkə vergi orqanlarının da “xəbər” yoxdur. Müştərilərə burda xidmət dəyərindən çox baha qiymətlər diqtə edilir. Etiraz edəndə də bir cavabları var: bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı özbaşınalıq deyil; hər şeyin bazar qiyməti var. Ancaq kiməsə, nəyəsə güvənən bu restoran, başqa obyektlər istədikləri havaya müştərini oynatmaq həvəsindədir.
“Şəki” restoranında “soyğunçuluq”
“Şəki” restoranında “soyğunçuluq”
“Şəki” restoranında “soyğunçuluq”

Şərhlər

XƏBƏR LENTİ