Bakıda heyvan gəzdirən şəxslər cərimələnəcək
Azərcaycanda heyvan saxlayanların sayı artır və bu tendensiya günü-gündən davam edir. Amma bir problem var ki, vətəndaşların bir qismi bu heyvanları saxlayarkən təhlükəsizlik qaydalarına riayət etmirlər.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Söhbət həmin heyvanların gəzintiyə çıxarılan zaman ətrafa saça biləcək təhlükənin qarşısını almaq üçün istifadə olunan aksesuarlardan gedir. Buruntaxsız, daha etibarlı qayişlərdən istifadə edilmədən küçələrə çıxarılan itlərə daha çox rast gəlinir. Amma itlər kimi digər heyvan saxlayanlar da bu aksesuarlardan istifadə etməlidir.
Elmar Nurəliyev – Ekspert: “Buruntax olmalıdır, ictimai yerlərdə belə gəzdirmək olmaz. Avtomobillərdə xüsusi yerlər olmalıdır ki, itlər orada daşınsın”.
Heyvan sahibi: “Dişləri olsa da, qorxulu deyil. Uşaqla uşaqdı, böyüklə böyük”.
Şəhər sakinlərinləri də bu heyvanlardan gələ biləcək təhlükədən xəbərdardır və birmənalı olaraq o heyvanların xüsusən də itlərin belə gəzdirilməsindən narahatdırlar.
İtlərin gəzdirilməsi üçün xüsusi qaydaların olması ilə yanaşı, onların bu cür saxlanılması və gəzdirilməsinə görə, inzibati cəza mexanizmi də mövcuddur.
Elmar Nurəliyev – Ekspert: “Buruntaxsız gəzdirilməsi, kiminsə üstünə hucuma əmri verilməsi, eləcə də sərxoş vəziyyətdə itin gəzdirilməsinə görə cərimə mövcuddur”.
Məsələnin digər tərəfi bu heyvanların vaxtı vaxtında həkim müayinəsindən keçməsi ilə bağlıdır.
Dövlət baytarlıq xidmətindən bildirildi ki, bu il 250 mindən çox qeydiyyatlı və sahibli ev heyvanlarına quduzluqla bağlı vaksin vurulub. Onların içərisində itlərin sayı kifayət qədərdi. Eyni zamanda özəl veterinar məntəqələr də bu işi həyata keçirir.
Turan Məmmədzadə – DBX-nin rəsmisi: “Qış fəsilində bu heyvanlar ev şəraitində daha çox saxlanılmalı, onlara qulluq və xəstəliklərlə mübarizə digər fəsillərə görə, daha ciddi yanaşılmalıdır. Quduzluq əleyhinə mütləq peyvənd vurulmalıdır”.
Problemin bir tərəfi də, bu heyvanların gəzinti yerlərinin olmaması ilə bağlıdır.
Ekspertlər deyir ki, xüsusi heyvan parkları yaradılarsa, bu kimi təhlükəli məqamlar da aradan qalxmış olar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...