Kərəm Həsənovun Novxanı projesi: laçınlı köçkünlər komitə sədrini necə sevindirdi?
- 18-12-2018, 12:28
- 938
Sən demə, Novxanı çimərliyinin ən perestijli yerində yerləşən, ən bahalı bağ massivləri ilə eyni relyefdə yer alan köçkün düşərgəsi çoxdan bəri komitə sədrinin diqqətini cəlb etsə də, bu əraziləri satışa çıxarıb “həzm-rabedən” keçirmək üçün fürsət yenicə yaranıb. Oxuculara aydın olsun deyə bildirək ki, bir neçə ay bundan öncə ölkə başçısının qayğısı sayəsində “Şəfəq” adlı məcburi köçkün düşərgəsində qəzalı mənzillərdə yaşayan məcburi köçkünlər Masazırda onlar üçün inşa edilən yeni, müasir mənzillərə köçürüldü ki, bununla da adıçəkilən düşərgə tamamilə boşaldı. Kifayət qədər geniş əraziyə malik olan, bütün kommunukasiya xətlərinin mövcud olduğu, sovet dönəmində pioner düşərgəsi kimi fəaliyyət göstərən düşərgə tamamilə K.Həsənovun ixtiyarına keçdi.
Mənbənin məlumatına görə, yaranmış vəziyyətdə fürsəti fövtə verməyən komitə sədri artıq öz planlarını həyata keçirmək üçün konkret adddımlar atmağa başlayıb. Belə ki, düşərgənin bir hissəsi imkanlı iş adamlarından birinə satılıb. Artıq həmin ərazidə fərdi mənzil də inşa edilib.
Mövzu diqqətimizdədir. Yaxın günlərdə sözügedən qaçqın düşərgə və onun ərazisində inşa edilən mənzilin şəkillərini oxucuların diqqətinə çatdıracaq.
cumhuriyyet.az