Kərəm Həsənovun Novxanı projesi: laçınlı köçkünlər komitə sədrini necə sevindirdi?
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı cumhuriyyet.az-a maraqlı informasiya daxil olub. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Bakının Novxanı çimərliyi sahilindəki məcburi köçkün düşərgələrindən birində məskunlaşan laçınlı məcburi köçkünlərin bir neçə ay öncə Masazıra köçürülməsi komitə sədrinin əməllli-başlı sevincinə səbəb olub. K.Həsənovun sevincinə səbəb olan məqam isə məcburi köçkünlərin tərk etdiyi ərazinin satış üçün ideal ərazidə yerləşməsi ilə bağlıdır.
Sən demə, Novxanı çimərliyinin ən perestijli yerində yerləşən, ən bahalı bağ massivləri ilə eyni relyefdə yer alan köçkün düşərgəsi çoxdan bəri komitə sədrinin diqqətini cəlb etsə də, bu əraziləri satışa çıxarıb “həzm-rabedən” keçirmək üçün fürsət yenicə yaranıb. Oxuculara aydın olsun deyə bildirək ki, bir neçə ay bundan öncə ölkə başçısının qayğısı sayəsində “Şəfəq” adlı məcburi köçkün düşərgəsində qəzalı mənzillərdə yaşayan məcburi köçkünlər Masazırda onlar üçün inşa edilən yeni, müasir mənzillərə köçürüldü ki, bununla da adıçəkilən düşərgə tamamilə boşaldı. Kifayət qədər geniş əraziyə malik olan, bütün kommunukasiya xətlərinin mövcud olduğu, sovet dönəmində pioner düşərgəsi kimi fəaliyyət göstərən düşərgə tamamilə K.Həsənovun ixtiyarına keçdi.
Mənbənin məlumatına görə, yaranmış vəziyyətdə fürsəti fövtə verməyən komitə sədri artıq öz planlarını həyata keçirmək üçün konkret adddımlar atmağa başlayıb. Belə ki, düşərgənin bir hissəsi imkanlı iş adamlarından birinə satılıb. Artıq həmin ərazidə fərdi mənzil də inşa edilib.
Mövzu diqqətimizdədir. Yaxın günlərdə sözügedən qaçqın düşərgə və onun ərazisində inşa edilən mənzilin şəkillərini oxucuların diqqətinə çatdıracaq.
cumhuriyyet.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...