“Amay” Abdullanın qayınanası həbs olundu - SƏBƏB
O, həbsxanada məhkumluq həyatı yaşayan qızına spirtli içki keçirtmək istəyib.
Həbsxanada cəza çəkən qızına spirtli içki keçirtmək istəyən qadının məhkəməsi başlayır.
Cinayət məcəlləsinin 317-1.1-ci maddəsi ilə təqsirli bilinən Akimova Dilarə Yusif qızının məhkəmə prosesi dekabr ayının 12-də Xətai rayon Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, bu ilin oktyabr ayında 4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman “Nabeghlavi” adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.
Qeyd edək ki, həbsdə saxlanılan Aygün Akimova AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayevlə sevgili olublar və övladları da var.
AzNews.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...