Prezident məşhur futbolçu ilə görüşüb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018” ilə tanış olublar.
Prezident İlham Əliyev sərgi çərçivəsində məşhur futbolçu, fransız Robert Pireslə görüşüb.
Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. "Arsenal” komandasının liderlərindən olan Pires İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında "RoboKeeper” təqdim olunur.
Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.
Robert Pires prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.
Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...