SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov, Saleh Məmmədov, Əvəz Qocayev: Dövlət Agentliyini yol biznesinə çevirənlər

Cavid Qurbanov, Saleh Məmmədov, Əvəz Qocayev: Dövlət Agentliyini yol biznesinə çevirənlər

Tarix:

29-11-2018, 12:49

/ 1 127 dəfə oxundu.
Cavid Qurbanov, Saleh Məmmədov, Əvəz Qocayev: Dövlət Agentliyini yol biznesinə çevirənlər

Maliyyə maxinasiyaları zamanı mənimsənilən milyonlar hesabına alınan dəbdəbəli imarətlər, gözəgəlimli obyektlər, qiymətli maşınlar,.. və xaricdəki ovşor hesabları

Ölkədə onları da, bu və digər yollarla topladıqları milyonları özlərinin və ailələrinin lüks həyatlarına sərf edərək, dəbdəbəli həyat tərzi sürən məmur-oliqarxlar kimi tanıyırlar. Onlar da, özlərinin dəbdəbəli villaları, hektarlarla torpaqları, qiymətləri yüzminlərlə ölçülən şəxsi maşınları və digər dəyərli obyektləri, o cümlədən övladları və digər doğma-yaxınları ilə bağlı ölkə mətbuatının gündəmindən düşmürlər. Rəhbəri olduqları dövlət müəssisələrini uzun zamandır özlərinin yol biznesi şəbəkəsinə çevirən bu vəzifə sahibləri, ölkədə başlayan antikorrupsiya tədbirlərini belə saya salmadan, arxayıncasına öz maliyyə maxinasiyalarını həyata keçirməkdə davam edirlər. Paytaxt Bakıda və ölkənin digər bölgələrində yolların çəkilişi zamanı baş verənlərə azacıq diqqət yetirməklə, deyilənlərin şahidi olmaq da mümkündür.
Məhz bu səbəbdəndir ki, əvvəllər "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti kimi tanıdığımız, təqribən bir il öncə, ölkə başçısının müvafiq fərmanı ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlandırılan bu qurumun adı, həmişə korrupsiyada ittiham olunan digər dövlət müəssisələri ilə bir sırada çəkilib. Rəhbər dəyişikliyi də, burada heç vaxt müəyyən müsbət çalarlar yaratmayıb. Necə deyərlər, "köhnə hamam, köhnə tas"; Köhnə “maliyyə akulaları” öz köhnə üsul və metodları ilə, daim burada meydan sulayıblar -- indi olduğu kimi!
"Azəravtoyol"dakı maliyyə fırıldaqlarının sirlərinə bələd olan məlumatlı mənbələr də, yeni sədrlərin köhnə “maliyyə akulaları”ndan qurtulmaqda maraqlı olmdıqlarını söyləyirlər: "Saleh Məmmədovun da belə bir istəyi olmadı. O, bu istəkdə olsaydı, yəqin ki, buradakı uzunömürlü maliyyə maxinasiyaların, saxtakarlıqların ölçüsü, məsuliyyət tələb edən indinin özündə, konkret desək, ölkədə antikorrupsiya tədbirlərinin gücləndiyi bir vaxtda bu boyda olmazdı. Göründüyü kimi, Saleh Məmmədovun, hələ də, sabiq sədr Cavid Qurbanovla əlbir işləməsi, onun rəhbərliyi zamanındakı kadrları vəzifəsində saxlaması səbəbsiz deyil. Onun da, sələfinin, eləcə də, sələfi kimi, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev kimi kadrların maxinasiya təcrübələrindən bəhrələnmək istəyi var. Bu maxinasiyaların əksəriyyəti isə, qurumun keçirdiyi tenderlərdə həyata keçirilir. Bu səbəbdəndir və ictimaiyyətə də məlumdur ki, "Azəravtoyol" bu günün özündə belə, sanki Cavid Qurbanovun öz müəssisəsidir. Burada hər şey onun nəzarətindədir, sanki buranın ab-havasına da çox-çox əvvəllərdən tətbiq edilən maliyyə fırıldaqları hakim kəsilib. Elə, əvvəlki üsül və metodlarla da, yol çəkilişləri və təmir-bərpa işlərində ən müxtəlif fırıldaqlarla milyonlar göyə sovrulur, edilən maxinasiyaların sayı-hesabı olmur.
Bütün bunlar barədə, ölkə mətbuatı da, daim həyacan təbili çalıb. Nə olsun, ictimai qınağa tuş gələn bu oliqarxlar pis əməllərindən hələ də əl çəkməyiblər. Nədənsə, mətbuat yazılarında xüsusi narahatlıqlarla nəzərə çatdırılanlara yuxarılar da fikir vermirlər. Elə, bu səbəbdəndir ki, ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilən, hətta çətinlik çəkmədən millət vəkili olan Cavid Qurbanovun keçdiyi yolun özü adama müəmmalı görünür. Axı, adamda bu müəmma niyə olmasın ki, 1994-cü ildə ölkə başçısı, ümummilli lider Heydər Əliyev Cavid Qurbanovu vəzifədən qovsa da, o, nə yollasa öz vəzifəsinə qayıda bilib.
Bəli, Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də post sahibi ola bilmişdi. O, 1993-94-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində prezident idi. Həmin vaxt işinin “peşəkarı” olan Cavid Qurbanov nə qədər kənarda dayanıb, sərvət sahibinə çevrilmək istəsə də, onun fəaliyyəti ilə bağlı lazımi dairələrə məlumatlar çatdırılırdı. Bu, o zamana qədər davam etdi ki, sonda, bu ciddi məsələ Heydər Əliyevə çatdı. Cavid Qurbanov bir günün içində prezident fərmanı ilə tutduğu vəzifədən kənarlaşdırıldı. Hətta onun barəsində cinayət işi başlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən axtarış elan edildi. O, bir müddət Rusiya Federasiyasında gizləndi və orada müəyyən müddət müxtəlif bizneslə məşğul oldu. Həmin vaxt Baş prokuror işləyən Eldar Həsənova, əslən Kəlbəcər rayonundan olan bir neçə nüfuzlu şəxs tərəfindən müraciətlər edildi. Edilən xahişlər nəzərə alınaraq, axtarış götürüldü. Bundan sonra ölkəyə geri qayıdan Cavid Qurbanov bir müddət işsiz qaldı. Az sonra, o, nə yollasa, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki tikinti trestlərindən birinə müdir vəzifəsinə təyinat aldı.

Həmin fərman veriləndə çoxları ehtimal edirdi ki, onun kitabı artıq bağlanıb. Amma gözlənilənlər tərsinə oldu. Rusiyadan geri dönən gündən başlayaraq, o, tutduğu əvvəlki vəzifəsinə qayıtmaq üçün yeni-yeni əlaqələr qurmağa başladı. O, Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə, əvvəlki vəzifəsini təkrar elə keçirdi. Elə, Ziya Məmmədovla əlbir olaraq, dövLət büdcəsini eninə-uzununa talamağa başladılar.

Doğrudan da, onda, onun işdən çıxarılması ilə bağlı fərman verilmişdi. Özü də, görünməmiş bir fərman. Bu rəsmi sənəddə onun vəzifə səhlənkarlığına, özbaşınalıqlara, ciddi nöqsanlara yol verdiyi əks olunurdu. Çoxları həmin fərmanın verilməsinə və icra olunmamasına inanmırdı da. Amma o vaxtlar ölkədə populyar olan və sizin indiki "Araz" Media Qrupuna daxil olan "Meridian" qəzeti, həmin fərmanın sürətini olduğu kimi dərc edəndən sonra, bu ictimaiyyət arasında böyük səs-küy yaratdı. Fərmanın tezliklə əlimizə keçən bir nüsxəsi isə, bu sarıdan olan bütün şübhələrimizi yoxa çıxartdı. Onun günəşi isə, adını çəkdiyim və o vaxtlar nüfuz sahibi olan həmin şəxslərin sayəsində yenidən parlamağa başladı.

Belə olmasaydı, o, daha sonradan yollarımızla bağlı digər bir quruma -- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində rəhbər vəzifəsinə gətirilməzdi. Rəhbər dəyişikliyi onda pis günlərini yaşayan bu qurumun işinə bir ara müsbət çalarlar gətirsə də, sonralar yazılı mətbuatda, sosial mediada və sosial şəbəkələrdə onun haqqında da, xoşagəlməz yazılar dərc edilməyə başladı. Artıq həmin yazılarda Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları"nı da özünün yol biznesi şəbəkəsinə qoşduğu xüsusi narahatlıqla vurğulanır. Bakıda və ölkənin digər bölgələrində dəmir yollarının çəkilişinə və orada baş verənlərə -- köhnə rels və digər materialların satışından tutmuş, söküntü və çəkilış işlərində, həmçinin alqı-satqılarda açıq-aşkar nəzərə çarpan maxinasiya və saxtakarlıqlara diqqət yetirməklə, deyilənlərin özün də şahidi olmaya bilmirsən".

Bəli, etibarlı mənbəmizin dediyi kimi, biz, o vaxtlar mərhum prezidentin həmin fərmanı ilə bağlı, ilk olaraq, geniş yazı dərc etdik. Ümumiyyətlə, "Araz" Media Qrupuna daxil olan mətbuat vasitələrimiz, indiyədək, "Azəravtoyol"la və onun iri kapitala sahib olan rəhbəri ilə bağlı səs-küylü çox yazılar verib. Yazılarımızda vətəndaş narahatlıqları, şikayətlər önə çəkilib, ölkədə yol çəkilişlərinə nəzarətin böyük bir hissəsini əlində cəmləşdirən Cavid Qurbanovun maxinasiyaları, faktiki olaraq, dövlətçi-liyimizə, ilham Əliyev siyasətinə qarşı atılmış addımlar kimi qeyd edilib.

Bəli, yol çəkilişi sistemini öz əllərinə keçirdiklərindən, Cavid Qurbanov və onun əlaltıları -- Saleh Məmmədov, Əvəz Qocayev, Hüsnü Quliyev istədikləri mənimsəmələri edə biliblər. Yolların çəkilişləri, yenidən təmiri, bərpası, yamanması prosesləri gedişində milyonlar necə yox edilib, bu, adamı dəhşətə gətirir.
"Azəravtoyol"u özlərinin yol biznesinə çevirməkdə Cavid Qurbanova və onun əlaltılarına, hər zaman ölkədə monopolist şirkət kimi ad çıxarmış “Azərinşaatservis” MMC və "Polat" şirkəti yaxından köməklik göstəriblər. Dövlət təminatı ilə alınan xarici kreditlər və büdcə pulları bu şirkətlər vasitəsilə göyə sovrulub. Bu qurum tender elan edəndə, onların hamısını kağız üzərində “Polat” şirkəti udub, lakin bütün işlər “Azərinşaatservis”ə verilib. Mətbuat üzərindən apardığımız araşdırmalar da göstərir ki, bu şirkətin vasitəsilə, oliqarxlar xaricdə özlərinin ofşor hesablarını belə aça biliblər. Bu hesablar nə qədər kirli pullar yuyub, bu barədə də, inanılmış mənbələrimiz bizə fakt və sübutlar dolu materiallar təqdim ediblər.
Təqdim edilən həmin materiallarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun fəaliyyəti daha sərt tənqid olunur və özü kimi, rəhbəri olduğu qurum da, korrupsiyada ciddi ittiham olunur. Onun əvvəlki rəhbərliklə müqayisədə heç nə ilə fərqlənmədiyi göstərilir. Qeyd edilir ki, olkədə çəkilən yolların standartlara cavab verməməsi, magistral yolların açılışı ərəfəsində baş verən çökmələr bir daha onun iş prinsipinin düzgün olmadığını əyani nümayiş etdirir.

Həmin materiallarda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində arzuolunmaz fiqurlardan biri kimi, İdarə Heyətinin sədr müavini Əvəz Qocayev də göstərilir. Adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməzliklərdə hallandırılan bu şəxs, hətta şirkətin gizli oliqarxı kimi qələmə verirlir. Onun fəaliyyətinə dair tənqidlərdə, əsasən, onun şəxsi kapitalı və vəzifəsindən sui-istifadə edərək, qurduğu biznes haqda ilginc məlumatlar yer alıb. Hətta daxil olan bu məlumatlarda Saleh Məmmədovla bərabər, Əvəz Qocayevin, həmçinin onların ailə üzvlərinin adına olan saysız-hesabsız qiymətli əmlakların siyahısı da, diqqətimizə çatdırılır.
Əvəz Qocayevi yaxından tanıyan bu mənbənin sözlərinə görə, əslən Tovuz rayonundan olan bu məmur, bu bölgədə də, oliqarx kimi ad çıxarıb. Adı bir misal: Onun doğma Əyyublu kəndindəki tikinti materialları satış dükanı bölgənin əsas obyektlərindən biri kimi göstərilir. Qeyd edilir ki, bu dükanın əsas material təhcizatı elə, “Azəravtoyol” hesabına təmin edilir. Belə ki, dövlət büdcəsi ilə alınıb istifadə olunmalı materiallar bu dükanda açıq satışa çıxarılır.
Həmin materiallarda ittihamedici faktlar çox olduğundan, bəzi dəqiqləşdirmələrə ehtiyac duyulur. Qarşı tərəfin mövqeyini işıqlandırmaqda da maraqlıyıq. Qeyd edək ki, onlarla əlaqə cəhdlərimiz boşa çıxıb. Araşdırmalarımız davam edir. Saytımızı izləyin.

Araz.az

Şərhlər

XƏBƏR LENTİ