Azərbaycana yenicə gəlmiş avtoriteti kim qətlə yetirib? – QATİLİN KİMLİYİ HAMINI MAT QOYDU
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub. Aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.
Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbbədən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.
Bildirilir ki, qətlə yetirilən Oktay Əkbərov kriminal aləmə yaxın şəxs olub.
O, 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O.Əkbərov uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək