Vitse-prezident Mikayıl İsmayılov restoranını Ağsu arağı ilə reklam edir- FOTOLAR
- 9-11-2018, 12:41
- 4 148
AFN-in xəbərinə görə, hazırda bazara yeni çıxarılan “Axırıncı aşırım” arağının üzərindəki etiketdə həmin restoranın şəkli vurulub. Bildirilir ki, restoran Ağsu aşırımında fəaliyyət göstərir və iddialara görə, M.İsmayılovundur.
Məlumatlı qaynağın sözlərinə görə, həmin arağın üz qabığında restoranın fotosunun olması təsadüfi deyil. Çünki “AzGranata” MMC elə SOCAR vitse-prezidentinindir.
Onun Ağsuda onlarla obyektlərinin olduğu xəbər verilir ki, birini də Ağsu arağının üzərində reklam edir. Həmin restoranın adını dəqiqləşdirməyə çalışırıq..