SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "O, nazir müavininə kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı göndərir"

"O, nazir müavininə kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı göndərir"

Tarix:

17-10-2018, 22:35

/ 2 169 dəfə oxundu.
"O, nazir müavininə kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı göndərir"

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında Maliyyə Nazirliyi tərəfindən Gədəbəy rayonunda aparılan araşdırmalar davam edir. Rayonda olan etibarlı mənbəmiz Criminal.az-a bildirir ki, araşdırmalar sabiq icra başçısı Ramiz Yediyarovun icra başçı işlədiyi dövrdə rayona ayrılmış büdcə vəsaitlərinin çox böyük məbləğdə talan olunmasını ortaya qoyub. Hazırda 5 nəfərdən ibarət araşdırıcı qrup Gədəbəydə işləməkdədir.
Müəyyən olunub ki, əksər hallarda dövlət büdcəsindən ayrılan vəsaitlərlə görülməli işlər gerçəkləşməyib, işlərin görülməsinin əlaməti belə yoxdur. Hətta alınmamış mallara, həyata keçirilməmiş abadlıq işlərinə hər il təkrar-təkrar vəsait ayrılaraq mənimsənilib. Araşdırmanın ciddi aparılmasına baxmayaraq rayon əhalisinin bu araşdırmanın konkret nəticəsi olacağına ümidi yoxdur.
Əhali hesab edir ki, vəsaitin talanmasını Ramiz Yediyarov və rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov həyata keçirsə də, onlara himayədarlığı maliyyə nazirinin müavini Azər Bayramov edib. İddia olunur ki, son nəticədə Bayramovun təzyiqi altında Məmmədov da, Yediyarov da sudan quru çıxarılacaqlar.
Bundan başqa məlumatlı mənbəmiz Azər Bayramovla Namiq Məmmədovun münasibətləri haqqında sensasion sayıla biləcək çox ciddi məlumatlar verib. Gədəbəydə çox adama məlumdur ki, N.Məmmədov il boyu Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarına, xüsusilə Azər Bayramova tonlarla xüsusi becərilmiş kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı və s göndərir.
Bu məsələ kifayət qədər ciddi məsələ olsa da , Bayramov – Məmmədov münasibətlərinin görünməyən tərəfi daha ciddidir. Məsələ ondadır ki, bu münasibətlərdə ücüncü bir tərəf kimi N.Məmmədovun yeznəsi – bacısının yoldaşı Əbülfət Əsədov da iştirak edir. A.Bayramov Ə.Əsədovla da çox yaxın münasibətdədir. Ə.Əsədov vaxtilə Gəncə neft bazasında işləyərək qardaşı Habil Əsədovla birlikdə dövlətin külli miqdarda əmlakını talayaraq, Rəsul Quliyevin köməyi ilə məsuliyyətdən yayınıb və ölkəni tərk edib. Həmin pullarla Çin Xalq Respublikasında ayaqqabı istehasalı sahələri yaratmış, hazırda böyük imkanlara malik biznesmendir. Bu şəxs dünyanın bir sıra ölkələrində də biznes sahələri yaradıb. Hazırda Ə.Əsədovun özünü və qardaşını həbs təhlükəsindən qurtarmış Rəsul Quliyevlə əlaqəsi olmamış deyil. A.Bayramovun da Ə.Əsədovun keçmişi və əlaqələri barədə məlumatı olmamış deyil.
Mənbə qeyd edir ki, Bayramov Əsədov vasitəsilə ölkə xarıcində böyük biznes şəbəkəsi qurmağa başlayıb. Məhz bu əlaqələr, eyni zamanda rayonda talan edilmiş büdcə vəsaitindən aldığı pay Bayramovu məcbur edir ki, N.Məmmədovu yaranmış real təhlükədən qorusun. Ölkənin ən vacib nazirliklərdən birinin ən əhəmiyyətli vəzifəsini daşıyan bu şəxsin hansı qüvvələrə qulluq etməyini araşdırmaq müvafiq dövlət orqanlarının səlahiyyətindədir. Gədəbəy əhalisinin isə arzusu odur ki, ölkə başçısı tərəfindən bu dağlıq rayona ayrılmış vəsaitləri talan etmiş şəxslər öz qanuni cəzalarına çatsınlar.

Şərhlər

XƏBƏR LENTİ