Anar Əliyevin Bakıdakı onlarla obyektindən SADƏCƏ BİRİNİN GÖRÜNTÜLƏRİ - VİDEO
- 19-09-2018, 15:48
- 711
Təbii ki, bütün bunlara paralel olaraq, o, Azərbaycanda da özünə külli miqdarda qazanc mənbələri yaradıb. Hurriyyet.org-un əməkdaşları A.Əliyevin xüsusən də Bakıdakı biznes şəbəkələri ilə bağlə geniş araşdırma başladıb. Məqsədimiz Azərbaycanın neft pullarının necə talan olunduğunu ortaya çıxarmaqdır. Şübhəsiz, bu sahədə araşdırmamızda tam obyektiv olacaq və təqdim edəcəyimiz hər bir obyekti halal zəhmətlə və yaxud arxasında Rövnəq Abdullayev kimi “dayısı” olmadan tikməyin mümkün olub-olmadığı ilə bağlı sualın cavabını dəyərli oxucularımızın öhdəsinə buraxacağıq...
Beləliklə, Bakıda onlarla bina tikdirən, çoxsaylı gəlir qaynaqları olan Anar Məmmədovun sadəcə bir obyektinin görüntülərini oxucularımıza təqdim edirik. Söhbət “Koroğlu” metrosunun yanından Qara Qarayev metrosu istiqamətində hərəkət etdikdə, yolun sonunda yerləşən avtobus qarajı və onunla üzbəüzdə yerləşən böyük anbardan gedir. Hansı ki, bu anbarın hazırda hansı məqsədlə istifadə olunduğu qaranlıqdır...
Buyurun, görüntülərlə tanış olun.
"Hürriyyət"in Araşdırma Qrupu