Anar Əliyevin Bakıdakı onlarla obyektindən SADƏCƏ BİRİNİN GÖRÜNTÜLƏRİ - VİDEO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, "SOCAR Traiding SA" şirkətinin keçmiş rəhbəri Anar Əliyevin ölkədə və xaricdə böyük biznes şəbəkəsinə sahib olduğu sirr deyil. Hansı ki, bu haqda müxtəlif mətbu orqanlarda da zaman-zaman informasiyalar verilib, A.Əliyevin Azərbaycanın neft pulları hesabına özünə böyük biznes imperiyası qurduğu vurğulanıb. Məsələn, onun təkcə Türkiyəyə yüz milyonlarla dollar yatırdığı və qardaş ölkədə böyük biznes şəbəkəsinə sahib olduğu bildirilir.
Təbii ki, bütün bunlara paralel olaraq, o, Azərbaycanda da özünə külli miqdarda qazanc mənbələri yaradıb. Hurriyyet.org-un əməkdaşları A.Əliyevin xüsusən də Bakıdakı biznes şəbəkələri ilə bağlə geniş araşdırma başladıb. Məqsədimiz Azərbaycanın neft pullarının necə talan olunduğunu ortaya çıxarmaqdır. Şübhəsiz, bu sahədə araşdırmamızda tam obyektiv olacaq və təqdim edəcəyimiz hər bir obyekti halal zəhmətlə və yaxud arxasında Rövnəq Abdullayev kimi “dayısı” olmadan tikməyin mümkün olub-olmadığı ilə bağlı sualın cavabını dəyərli oxucularımızın öhdəsinə buraxacağıq...
Beləliklə, Bakıda onlarla bina tikdirən, çoxsaylı gəlir qaynaqları olan Anar Məmmədovun sadəcə bir obyektinin görüntülərini oxucularımıza təqdim edirik. Söhbət “Koroğlu” metrosunun yanından Qara Qarayev metrosu istiqamətində hərəkət etdikdə, yolun sonunda yerləşən avtobus qarajı və onunla üzbəüzdə yerləşən böyük anbardan gedir. Hansı ki, bu anbarın hazırda hansı məqsədlə istifadə olunduğu qaranlıqdır...
Buyurun, görüntülərlə tanış olun.
"Hürriyyət"in Araşdırma Qrupu

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...