Sumqayıtdakı 22 saylı məktəbin direktorundan MSK sədrinə ŞİKAYƏT
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 13, 14 saylı seçki məntəqələrinin kollektivi adından Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət məktubu ünvanlayıb. Bir surəti də redaksiyaya göndərilən həmin məktubu olduğu kimi təqdim edirik:
Hormətli Məzahir müəllim!
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin tərkibinə daxil olan 13 və 14 saylı seçki mənrtəqələri Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdədir. Məktəbin direktoru Səfərova Tahirə həm də 13 saylı seçki məntəqəsinin sədrididir. Hər 2 mətəqədə məktəbin müəllimləri var. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 2017-ci ilin 11 yanvarından 30 yanvarınadək məntəqə işinə cəlb edildik.
İşlədiyimiz 20 gün üçün ortalama 70 manat maaş aldıq. Maaşımızı alar-almaz seçki məntəqəsinin sədri Səfərova Tahirə 43 saylı üçüncü seçki dairəsi adına məntəqədə işləyən müəllimlər olaraq hər birimizdən 20 manatdan pul yığdı. Seçkidə olduğumuz 20 gün ərzində bəzilərimiz dərs saatlarımızı keçdiyimiz üçün buna görə də maaşımızın bir qisminə də əl qoyub. Məktəbin direktoru olduğundan hər 2 məntəqə buna etiraz edə bilmədi. Bizə deyir “qulaqlarınızda sırğa edin, bu iş müvəqqətidir, öz işiniz isə daimi yenə mənə tabesiniz”
Sonradan digər məntəqələrdəki müəllimlərlə əlaqə saxladıq. Onlardan bir manat da olsun pul tələb edən olmayıb. Seçki qanunlarına əsasən Tahirə Səfərova məntəqə sədri ola bilməz. Onun qeydiyyatda olduğu ünvan 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin hüdüdlarına daxil deyil.
Xahiş edirik tədbir görəsiniz".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün 43 saylı seçki dairəsinin telefonlarına zəng etsək də, cavab verən olmadı.
AFN

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...