"Ata, mənə 15 manat pul göndərərsən" - Şəhidin son sözləri
Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Bu barədə şəhidin yaxınları məlumat veriblər. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, şəhid E.Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb:
"Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq", - deyə şəhidin yaxınları söyləyiblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...