Ehsan Zahidov da təltif edildi
- 29-06-2018, 18:21
- 3 914
Məlumata görə, təltif edilənlərin içərisində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov da var.
Ölkə başçısınını sərəncamı ilə E.Zahidov “Vətən uğrunda” medalı verilib.
Qeyd edək ki, E.Zahidov 1982-1989 - cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil alıb.
E.Zahidov 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993-1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil allb. Ehsan Zahidov uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-də DİN-in Mətbuat Xidmətinin rəisi təyin edilib.