SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bank kassirinin vəkili jurnalistlərə hədə-qprxu gəlir - İTTİHAM

Bank kassirinin vəkili jurnalistlərə hədə-qprxu gəlir - İTTİHAM

Tarix:

28-06-2018, 11:57

/ 1 198 dəfə oxundu.
Bank kassirinin vəkili jurnalistlərə hədə-qprxu gəlir - İTTİHAM

Əsas mövzuya keçməzdən əvvəl adını yaza bilməyən, Vəkillər Kollegiyasının üzvü olan bəzi vəkillərə bir cümlə ilə bir daha bildirmək istəyirik ki, 365info.org saytının 365info.az domeni ilə heç bir əlaqəsi yoxdur və öz müştərilərinizdən pul qopartmaq üçün bilərəkdən domenləri “səhv salmayın”.

Əsas mövzumuz isə İlqar Yusubov barəsindədir. Keçən yazımızda onun haqda az da olsa məlumat vermişdik. “Yusubov İlqar Rasim oğlu… Bu şəxsi Bakı şəhərində bir çox məmurlar tanıyır. Orta təbəqə bu şəxsi tanıya bilməz. Çünki onun orta təbəqəylə heç bir əlaqəsi yoxdur. Burada sual yarana bilər ki, niyə? Çünki bu şəxs özü Biləcəri qəsəbəsində dəmiryolçu ailəsində anadan olub, böyüyüb. Atası Rasim Yusubov dəmir yolu idarəsində işləyərkən, tez vəfat edib. Atasının ən böyük arzusu avtomobil almaq olub. Buna görə o dəmir yolu idarəsində növbəyə də dayanıb. Oğlu İlqar isə “Narxoz”a qəbul olunur və oranı bitirəndən sonra bankların birində kassir vəzifəsinə işə düzəlir. Ancaq onu kassir vəzifəsi qane etmir. O atası Rasim kimi ömür boyu dövlətdən aldığı maaşla yaşayıb avtomobil növbəsinə dayanmaq istəmir. Bu şəxs indi əsas dövlət müəssisələri ilə iş görən şirkətlərin “obnal” əməliyyatı ilə məşğul olaraq dövlət müəssisələrinə qayıdan “şapkaya” nəzarət edir. Əsas da görünən odur ki, bu şəxs “obnal” əməliyyatlarından külli miqdarda pullar əldə edərək özünə Rolls-Royse avtomobili alıb”,-onun haqda bəhs edən yazıda bildirilir.

Ancaq bu persona ilə bağlı redaksiyamıza yeni-yeni məlumatlar daxil olmaqda davam edir. 365info saytına daxil olan yeni məlumata görə İlqar Yusubov hərbi xidmətdə olmadığı halda DİN-dən tabel silahı əldə edib. Vaxtı ilə Yasamal Rayon Mühafizə İdarəsinin rəisi Fariz Əliyev tərəfindən İlqar Yusubova “Makarov” tipli tabel silahı verilib.

Sual yaranır ki, İlqar Yusubov hərbi xidmətdə olmaya-olmaya onun odlu silah gəzdirməsinə necə icazə verilə bilər?! Və İlqar Yusubov kassir olduğu halda ona odlu silah nəyə lazım olub?!

365info-ya daxil olan məlumata görə İlqar Yusubovun əsas işi “obnal əməliyyatları” olub. Və o məmurlara çatası pulu bankdan özü çıxardaraq lazımi ünvana çatdırılmasını təşkil edib. Çox güman odlu silahda ona özünün və apardığı pulun təhlükəsizliyini təmin etmək üçün lazım olub.

Başqa bir maraqlı məlumata görə isə İlqar Yusubov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun oğlunun qohumları ilə biznes partnyoru olmağa çalışıb. Ancaq sonradan sabiq səfirin qohumları İlqar Yusubovun onları öz müəmmalı oyunlarına salmaq istədiyini bilib və onların aralarında böyük mübahisə baş verib.

Yazı dərcə gedərkən 365info saytı ilə əməkdaşlıq edən bir neçə jurnalist redaksiya ilə əlaqə saxladı. Onlar bildirdilər ki, İlqar Yusubovla Eskuderonun qohumları arasında yaranan mübahisənin jurnalistlər tərəfindən araşdırılmasından xəbər tutan İlqar Yusubov sərxoş vəziyyətdə onlara zəng edib. Nə qəbul etdiyi məlum olmayan İlqar Yusubov jurnalistləri nalayiq ifadələr və ağır söyüşlərlə təhqir edib və hələ onlara tövsiyə də edib ki, onlar gedib özlərinə şərəfli peşə seçsinlər. Hətta İlqar Yusubov sonda jurnalistlərə deyib ki:“Məndən niyə yazırsız? Gedin dövlətin pulunu mənimsəyən məmurlardan yazın. Mən kiməm ki?! …Bu gün Azərbaycandayam, sabah Nikaraquadayam, məni çətin taparsız…”.

Məlumat üçün bildirək ki, İlqar Yusubovun jurnalistlərlə danışığının səs yazısı da redaksiyamıza təqdim olunub. Jurnalistlər həmçinin, onların İlqar Yusubov tərəfindən təhqir olunması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiklərini və lazım gələrsə həmin səs yazısını aidiyyatı orqanlara təqdim etməyə hazır olduqlarını bildirdilər.

Apardığımız araşdırmalara görə İlqar Yusubov polis generalı,Qubanın keçmiş icra başçısı, general-mayor Ərziman Əliyevin sağ əlidir. Bildirilir ki, vaxtı ilə generalın iri “obnal” əməliyyatlarında İlqar Yusubovun böyük rolu olub.

365info saytının əldə etdiyi məlumata görə, bizim birinci yazımızdan sonra İlqar Yusubov özünə Abbas Kərimbəyli adlı vəkil tutub. Abbas Kərimbəyli də İlqar Yusubovun hüquqdan anlayışı olmadığını hiss edərək, onun özü üçün çox gülməli bir plan qurub.

Belə ki, Abbas Kərimbəyli bir çox saytlara İlqar Yusubovla bağlı gedən yazılara görə pretenziya məktubu göndərib. Ancaq həmin məktubları alan saytlar vəkilin pretenziya məktubunu gülüş atəşinə tutublar. Həmin sayt rəhbərləri öz həmkarları ilə görüş zamanı vəkil Abbas Kərimbəylini qınayaraq bildiriblər ki:”Daha belə yolla da pul qazanmaq olmaz axı …. Bizim saytlarda İlqar Yusubovla bağlı yazılar getmədiyi halda bizim ünvanımıza niyə pretenziya məktubu göndərilməlidir?!. Biz bunu jurnalistləri təhdid, hədə-qorxu kimi qəbul edirik”.

Vəkillər Kollegiyasının üzvü olan vəkil Abbas Kərimbəylinin bu qurumun saytında fotosunun olmadığı da açıq-aydın görünür. Çox güman vəkil Abbas Kərimbəyli öz fotosunu mətbuatdan gizlətmək üçün hələ də fotosunu Vəkillər Kollegiyasına təqdim etməyib.

Vəkil Abbas Kərimbəyli ilə əlaqədar apardığımız sorğu nəticəsində məlum oldu ki, bu şəxs ictimaiyyətdən gizlənən və İlqar Yusubov kimi “müəmmalı” işlərlə məşğul olan müştəriləri müdafiə edərək, pulun xatirinə hərdən kimlərəsə hədə-qorxu gəlməyi xoşlayır.

Ancaq əldə etdiyimiz məlumata görə sayt rəhbərləri ona cavab məktubu və Vəkillər Kollegiyasına Abbas Kərimbəyli ilə bağlı şikayət ərizəsi hazırlayırlar.

Araşdırmamız davam edir, bizi izləyin.

Şərhlər

XƏBƏR LENTİ