Nazir müavini İlqar Rəhimov həyəcan içindədir - İTTİHAM
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov həyəcan içindədir, hətta vəziyyətinin daha da gərinləşəcəyindən ehtiyat etdiyindən neçə gündür ki, nazir Sahil Babayevə "xod tapmağa" çalışır". Bunu DİA.AZ-a açıqlamasında nazirlikdəki mənbə iddia edib.
Mənbənin bildirdiyinə görə, artıq 3-cü nazirlə yoluna davam edən İlqar Rəhimovun barəsində yerli KİV-lərdə açıqlanan faktlar əslində elə nazirin özünü düşündürməyə vadar edə bilər ki, bu da İlqar Rəhimov üçün ən arzuolunmazıdır. Mənbəni söylədikləri:
"İlqar Rəhimov yaxşı başa düşür ki, nazirliyin yeni heyətiqlə ona işləmək çətin olacaq. Çünki Sahil Babayev istənilən halda köhnə sistemi dağıtmağa çalışacaq. Bu zaman isə həmin proses boyunca İlqar Rəhimovun da hədəfə çevriləcəyi şəkksizdir. Məhz bu aqibətini önləyə bilməsi üçün Rəhimov ehtiyatlı davranmaq zorundadır. Amma alınacaqmı? Görünəni odur ki, vəziyyətin hazırki axarını dəyərləndirən Rəhimovun başı ancaq pul yığmağa qarışıb. Yəni nə qədər çox yığa bilsə, özünü o qədər prosesin qalibi kimi hiss edəcək. Sahil Babayev isə baş verənlərdən hələ bir şey anlaya bilmir. Çünki hər şey Rəhimovun nəzarətində cərəyan edir".
Qeyd edək ki, “Bona Market”in, “Bona Diamond”un, “Bona Mente”adlı jurnal və qəzetin, Türkiyədə turizm şirkətinin, hətta Xızı rayonunda böyük bir fermer təsərrüfatının sahibi və daha nələrin yiyəsi olan nazir müavini ilə bağlı ilginc faktlar və sənədlər ötürülüb. Yaxın vaxtlarda həmin materialları da təqdim edəcəyik. Bizi izləyin...
Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək