Uşaqları döyən tərbiyəçi saxlanıldı
Bakıda "Kids Studio Uşaq Mərkəzi"ndə baş vermiş qanunsuzluqla bağlı artıq hüquq-mühafizə orqanları qanuni tədbirlər görməyə başlayıblar
Uşaqlara qarşı kobud davranan Firuzə Tağıyeva adlı tərbiyəçi Yasamal RPİ-i tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ölkə.az-a istinadən xəbər veririk ki, adıçəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülərlə bağlı Yasamal RPİ-də cinayət məclləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Xatırladaq ki, bağça artıq fəaliyyət göstərmir.
"Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb", - bağçadan bildirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...