SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO

Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO

Tarix:

8-06-2018, 10:56

/ 1 660 dəfə oxundu.
Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO

Qaradağ RİH-in məmuru Mehriban Əliyevanın torpaq bağışladığı 65 yaşlı əlildən külli miqdarda rüşvət tələb edib -ŞOK 65 yaşlı II qrup əlilinin evinə basqın edən Nadir İsmayılova dur deyən tapılacaqmı?
Qaradağ Rayon İcra Hakimiyyətinin məmuru Nadir İsmayılov 65 yaşlı II qrup əlili Atabəy Ağayevin evinə polis dəstəsi ilə hücum edib. II qrup əlili Atabəyi həyətində təhqir edən Nadir İsmayılov ondan 2 min manat “haqq” tələb edir.

Miq.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan A. Ağayev başına gətirilən oyundan bəhs edib.

Nadir İsmayılov II qrup əlilinə hücum etdi: “2 min verməlisən…”

“II qrup əliliyəm, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında oğlumun ailəsi ilə birlikdə yaşayıram. İki nəvəm var, oğlum ali təhsillidir, lakin işləmir. Mən yaşayışıma görə dövlətdən şikayətçi deyiləm, sadəcə olaraq, ailəmi dolandırmaq üçün həyətyanı sahəmdə kiçik obyekt açmaq istəyirəm. Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı real addımlar atır, ailə biznesinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Bizi həyətyanı sahəmizdə kiçik obyekt açmağa həvəsləndirən də dövlət başçısının son dövrlər atdığı müsbət addımlardır. Lakin Qaradağ Rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Azad Nərimanovla icra hakimiyyətinin məmuru Nadir İsmayılov tərəfindən hücuma məruz qaldıq”, – deyə II qrup əlili danışır.

Nadir İsmayılov və Azad Nərimanov polis əməkdaşları ilə birlikdə Atabəy Ağayevin evinə gələrək, ondan açmaq istədiyi kiçik obyektə görə “haqq” tələb edib. Özü də nə az, nə çox, düz 2 min AZN…

Evimi tikmək üçün bu adamlara “haqq” vermişəm

“Mənim bu pulu verməyə imkanım yoxdur. Bir də mən əlavə yerdə hansısa tikinti aparmıram axı. Öz evimin bir hissəsindən istifadə edirəm. Hansı ki, bir neçə il əvvəl evimi tikmək üçün bu adamlara “haqq” ödəmişəm. Hazırda qəsəbədəki digər evlər kimi mənim də evimin bələdiyyə sənədi var, kommunal xidmətlərdən rəsmi qaydada istifadə edirəm, telefon pulu ödəyirəm. Yəni rəsmi sənədlərə görə, mən bu evdə yaşayıram, evimin dövlət tərəfindən verilmiş ünvanı da var. Mülkiyyət hüququndan istifadə edərək, öz evimin ərazisində hansısa dəyişiklik edə bilərəm. Lakin bu adamlar imkan vermir”, – deyə o qeyd edir.

Dedim “Prezidentə və Birinci vitse-prezidentə şikayət edəcəm”, dedi ki, “get kimə deyirsən denən”

Atabəy Ağayev rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan şikayətinin olmadığını deyir. Qeyd edir ki, Nadir İsmayılovla Azad Nərimanov rayon rəhbərliyindən xəbərsiz şəkildə qəsəbədə “haqq” toplayır.

A. Ağayev ondan tələb olunan “haqq”ı verə bilmədiyini deyəndə Nadir İsmayılov polis dəstəsi ilə birlikdə onun evinə hücum edib. Həyətində II qrup əlinin qolunu qatlayaraq, ona fiziki təzyiq göstərən İsmayılov ağır sözlər işlədib:

“Mən bildirdim ki, dövlət sahibsiz deyil, bu etdiklərinizi Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bilsə, nə cavab verəcəksiniz?! Onlara dedim ki, mən dövlət başçısına, Birinci vitse-prezidentə etdikləriniz haqqında şikayət məktubu yazacam. Mənə cavabları belə oldu ki, “get nə edirsənsə, et, onsuz da qulaq asan olmayacaq, yenə də bizə möhtac qalacaqsan, onda sənin başına oyun açacağam”.

Onlarla gələn polis əməkdaşlarına bildirdim ki, axı sizin vəzifəniz vətəndaşın təhlükəsizliyini qorumaqdır. Onlar bildirdilər ki, “dayı biz nə edə bilərik, bizə əmr veriblər gedin, biz də gəlmişik”. Həyətimdə məni hədələdilər, təhqiramiz sözlər işlətdilər. Sonra da obyektin jalüzdən düzəltdiyimiz kiçik qapısını sındırdılar. Nadir İsmayılov dedi ki, bu evin qarşısına ağaclar əkəcəm, görüm onda hansı “köpəkoğlu” onu çıxaracaq. Hansı ki, onun dediyi ərazi mənim üvimin qabağıdır”.

Mehriban Əliyevanın bağışladığı torpaq sahəsinə hücum çəkdi: BURADA AĞA MƏNƏM

Atabəy Ağayev Qaradağ RİH-in qəsəbə üzrə nümayəndəsi Azad Nərimanovun Mehriban xanım Əliyevanın onun qızına verdiyi torpaq sahəsinə də hücum çəkdiyini danışır.

“Mənim qızım Mehriban xanım Əliyevaya müraciət etdi. Sağ olsun, Mehriban xanım qızımın ailə vəziyyətini nəzərə alaraq, qəsəbədə 6 sot torpaq sahəsinin verilməsi və həmin sahədə evin tikintisinə köməklik göstərilməsi ilə bağlı tapşırıq verdi. Qızıma torpaq sahəsini verdilər, hasarını inşa edəndə Azad Nərimanov hücum çəkdi ki, “heç kim mənim haqqımı vermədən daşı-daş üstə qoya bilməz”. Ona dedik ki, bu torpaq sahəsi Mehriban xanım Əliyevanın göstərişi ilə bizə verilib, tikinti də onun göstərişi ilə aparılır. Bildirdi ki, “burada mənim sözüm keçir, mənim dediyim olacaq”. Bax belə, biz bilmirik dərdimizi kimə deyək. Dövlət başçısı sahibkarlığın inkişafı üçün göstəriş verir, məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıqlar verir, bütün fəaliyyətini insanların rifah içində yaşamasına həsr edib, amma Nadir İsmayılov, Azad Nərimanov kimi məmurlar özlərini “padişah” kimi aparırlar”, – deyə A. Ağayev şikayətində vurğulayıb.

65 yaşlı II qrup əlili başına gətirilən oyunlarla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini də qeyd edib.

Mövzunu davam etdirəcəyik..

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

miq.az

Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO
Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO
Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO
Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO
Süleyman Mikayılovin işçısındən Heydər Əliyev fonduna HÖRMƏTSİZLİK - VİDEO

Şərhlər

XƏBƏR LENTİ