SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıtda TSEK sədri Abid Şərifovun adından istifadə edir

Sumqayıtda TSEK sədri Abid Şərifovun adından istifadə edir

Tarix:

30-05-2018, 15:23

/ 5 250 dəfə oxundu.
Sumqayıtda TSEK sədri Abid Şərifovun adından istifadə edir

Sumqayıt şəhər Tibbi Sosial Ekspertiza Komisiyası (TSEK) özəl müəssisə kimi fəaliyyət göstərir.

Əlbətdə ki, eks-nazir Səlim Müslimovun təyin etdiyi TSEK sədrlərinin amalı tək rüşət alıb əlillik dərəcələri satmaq olub. Baxmayaraq ki, zaman-zaman mətbuatda adı hallanan qurum haqqında tənqidi məqalələr dərc edilirdi. Aydın məsələdir ki, TSEK sədrləri nazirliyin tapşırıqlarını həyata keçirirdi. Ən çox narazı kütlə yaradan məhz elə Sumqayıt şəhərində fəaliyyət göstərən Tibbi Sosial Ekspertiza Komissiyasının iş prinsipləri idi. Açıq bazarı xatırladan bu qurum daha çox hərbi pensiyaların həlli yolunda işlər görürdü(red-əldə etdiyimiz məlumatlara görə bu gündə davam edir). Bir sözlə Sumqayıt şəhər Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Aydın Həsənov əlillik dərəcələrini satmaqla kifayət qədər vəsait əldə edib.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, A. Həsənov 600.000(min)min manat “şapka” verdikdən sonra eks-nazir Səlim Müslimovun “xeyir-duasını” əldə edə bilib. Təbbi ki, rüşvət müqabilində vəzifə əldə edən şəxs əlillik dərəcəsini mütləq satmalıdır. Mənbəmiz iddia edir ki, A. Həsənov 3000-5000(min)manat rüşvət aldıqdan sonra müraciət edən şəxsə əlillik dərəcəsinin verilməsində “dabro” verir. Sumqayıt şəhər sakinləri bildirir ki, Aydın Həsənovun özbaşınalığı hamını bezdirib. Şikayət etmək istəyənlərə də məhəl qoymur, deyir ki, “mən Abid Şərifovun qohumuyam, kimə istəyirsiniz gedin dərdinizi deyin”. Onun hətta Mahir Cavadovla əlaqələri barədə mətbuata məlumatlar sızır. Redaksiyamız tərəfindən tam araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Etibarlı mənbəmizin bildirdiyinə görə komissiya sədri yuxarılara “vergi” verdiyini də açıq-aşkar söyləməkdən çəkinmir və bunun qarşılığında vəzifəsini qoruduğunu deyir. Elə bu səbəbdən şəhərin demək olar ki, yarısı əlildir. Lakin yeni təyin olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin atdığı qəti addımlar A. Həsənovu hiddətləndirib. Yaxınlarının dediyinə inansaq TSEK sədri Abid Şərifova yenidən minnətçi düşüb. Məlum məsələdir ki, kifayət qədər əlillik dərəcələri saxta yollarla verilib. Yoxlamalardan sonra TSEK sədri A. Həsənovun taleyi sual altına düşə bilər.

Bir zamanlar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinnin qara siyahısına düşən sədr son anda qurtula bilmişdir. Məsələ ilə bağlı məqalədə adı hallanan TSEK sədri Aydın Həsənovla telefon əlaqəsi yaratdıq. Dosye.org saytın elektron ünvanına daxil olan məlumat barədə hörmətli sədrə bilgilər verdik. Və qarşı tərəf kimi mövqeyini dinlənəyi xahiş etdik. Amma A. Həsənovun mövqeyi maraqlı oldu. “ NƏ İSTƏYİRSİNİZ YAZIN”.

Mövqeyindən aydın oldu ki, Abid Şərifovun qohumu çəkinmir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə rəsmi məktub ünvanlanacaq. Araşdırmalarımız davam edir…

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ