"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi" - Şəhid atası
"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi".
Bunu "Report"un Qərb bürosuna şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.
Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: "Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu söyləyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, "mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm".
Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: "Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır".
Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...