SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIM AVTOMOBİL QƏZASI TÖRƏTDİ

ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIM AVTOMOBİL QƏZASI TÖRƏTDİ

Tarix:

17-05-2018, 13:15

/ 1 673 dəfə oxundu.
ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIM AVTOMOBİL QƏZASI TÖRƏTDİ

Redaksiyaya daxil olan məlumata görə Bakının mərkəzi rayonlarının birinin icra başçısının müavini olan xanım səhiyyə nazirinin müavini Elsevər Ağayevin evində qonaq olub.
Qonaqlıqdan çıxan Elsevər Ağayevin istəkli qonağı olan məmur xanım “Cip” avtomobilinin sükanına özü əyləşib və evinə qayıdarkən yolda qəza törədib.
Belə ki, gecə yarı məmur xanım-sürücü yolun hərəkət hissəsinə qoyulmuş beton dirəyi qaranlıqda görə bilmədiyi üçün avtomobili vaxtında saxlaya bilməmişdir. Nəticədə avtomobil dirəyə çırpılaraq yararsız hala düşmüşdür. Məmur xanımın özü əhəmiyyətsiz dərəcədə əzilsə də bərk qorxmuşdur. Hadisə yerinə gələn YPX əməkdaşları məmur xanımın avtomobili içkili vəziyyətdə idarə etdiyini müəyyən etmişlər. Kömək üçün məmur xanım tez dostu Elsevərə zəng etsə də, Elsevər Ağayevdən əvvəl hadisə yerinə özünü məmur xanımın köhnə dostu – keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çatdırıb. Onlar baş verən yol-nəqliyyat hadisəsinin qeydiyyata alınmamasını YPX ilə razılaşdıraraq, gizlində saxlanmasına müvəffəq olublar.
Hadisədən sonra rayonun icra başçısı “piyada qalmış” məmur xanıma tezliklə daha təmtəraqlı xidməti avtomobil gətirdirəcəyinə söz verib.
Bütün bunlara baxmayaraq, məmur xanım bu hadisədən media nümayəndələrinin xəbər tutacağından bərk narahatdır. Narahatçılığının səbəbi isə budur ki, məmur xanım ölkənin İnsan hüquqları üzrə müvəkkili-ombudsman, ömrünün ahıl çağlarını yaşayan Elmira Süleymanovanı vəzifəsində əvəz etmək niyyətindədir.
Amma necə deyərlər, sən saydığını say…
Araşdırmamız davam edir, bizi izləyin.
Bizə məmur xanımın adı məlum olsada məmurun xanım olduğunu nəzərə alaraq burda yazmırıq!

365İNFO.ORG

Şərhlər

XƏBƏR LENTİ